Milli Kitabxanada Azərbaycan
əlifbası günü
Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Kərim Tahirov dilimizin tarixi inkişaf mərhələlərindən geniş söz açıb.
Bildirib ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən qeyd edilir. Ulu öndərin siyasi iradəsi nəticəsində həmin il avqustun 1-də respublikamız həmin tarixdən tam şəkildə latın qrafikalı Azərbaycan əlifbasına keçib. Vurğulanıb ki, ümummilli liderin qətiyyəti, prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb.
Dövlət dilimizə diqqət və qayğı bu gün də davam edir. Ulu öndərin dövlətçilik ənənələrinin və siyasi kursunun davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqında sərəncam olub.
Sonda tədbir
iştirakçıları bu əlamətdar
gün münasibətilə təşkil
edilmiş kitab sərgisi
ilə yaxından tanış olublar. Bir həftə davam edəcək
sərgidə 100-dək kitab və dövri mətbuat materialları əks olunub.
Mədəniyyət.- 2014.- 6
avqust.- S. 14.