“Ana
dilimizi sevək, qoruyaq”
Avqustun 1-də Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Zaqatala Rayon Mərkəzi Kitabxanasında “Ana dilimizi sevək, qoruyaq” mövzusunda konfrans keçirilib. Ziyalıların, fəal oxucuların iştirak etdikləri tədbirdə ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, ana dili hər bir xalqın varlığını təmin edən əsas amillərdən biri, insanın, bütövlükdə millətin mənəviyyatının aynasıdır.
Konfransda “Azərbaycançılıq
və Azərbaycan dili”, “Dövlət
dilinə hörmət hər kəsin borcudur”,
“Ana dilimizi sevək,
sevdirək” və digər mövzularda məruzələr
dinlənilib. Qeyd olunub
ki, Azərbaycan dili qədim
dövrlərdən başlayaraq böyük inkişaf yolu keçib, uzun əsrlər boyu cilalana-cilalana formalaşıb. Azərbaycan
dili xalqımızın milli-mənəvi
sərvəti olmaqla bərabər, eyni zamanda dövlət
müstəqilliyimizin əsas amili, rəmzidir.
Çıxış edənlər Azərbaycan dilinin bugünkü səviyyəyə
çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz
layiqli yerini
tutmasında ümummilli lider
Heydər Əliyevin tarixi xidmətlərini
xüsusi vurğulayıblar.
Mədəniyyət.- 2014.- 6
avqust.- S. 11.