İstanbulda Cahangir Novruzovun
60 illik yubileyi qeyd olunub
İstanbulda tanınmış azərbaycanlı
aktyor və rejissor, Əməkdar incəsənət xadimi,
professor Cahangir Novruzovun
60 illik yubileyi qeyd olunub. Ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalovun da iştirak
etdiyi tədbirə görkəmli mədəniyyət
xadimləri, elm və
təhsil adamları, şəhər ictimaiyyətinin
tanınmış simaları
qatılıblar.
Mərasimdə yubilyarın mənalı ömür yolundan, Türkiyədə Azərbaycan
mədəniyyətini fəal
şəkildə təmsil
etməsindən, sənətkarın
anası, Xalq artisti Nəsibə Zeynalovanın teatr sənətimizin inkişafında
xidmətlərindən söz
açılıb.
Vurğulanıb ki, Azərbaycanı qardaş ölkədə
ləyaqətlə təmsil
edən Cahangir Novruzov burada mədəni-siyasi tədbirlərdə
yaxından iştirak edir, Azərbaycan və Türkiyə mədəniyyətinin inkişafına
töhfələr verir.
Qeyd edilib ki, hazırda
Türkiyənin Adana şəhərindəki
Çukurova Universitetinin
Dövlət Konservatoriyasının
teatr bölməsində
çalışan professor Cahangir Novruzov 2011-ci ildə Azərbaycanın Əməkdar incəsənət
xadimi fəxri adına, 2014-cü ildə TÜRKSOY-un “20 illik
medalı”na layiq görünüb. Yubiley
rəngarəng konsert proqramı ilə davam etdirilib.
Mədəniyyət.- 2014.- 6
avqust.- S. 5.