Azərbaycanla Rusiya arasında kitabxana işi sahəsində əlaqələr genişlənir

 

Rusiya Dövlət Kitabxanasına ölkəmizin mədəniyyəti, Qafqazın tarixinə dair kitablar, rəssamlarımızın albomları hədiyyə olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana-İnformasiya Resursları Mərkəzinin nümayəndə heyəti Moskva şəhərində Rusiya Dövlət Kitabxanası, Rusiya Elmlər Akademiyası Təbii Elmlər Kitabxanası və Sankt-Peterburq şəhərində Yeltsin adına Prezident Kitabxanasına ezam olunub.

 

Mərkəzdən bildiriblər ki, Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislı ilə ilk görüşdə nümayəndə heyətinə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu rəhbərlik edib.

Səfir Azərbaycanda akademik strukturların inkişafından danışaraq bildirib ki, respublikada bütün istiqamətlərdə, xüsusilə də neftçıxarma və geoloji kəşfiyyat sahəsində böyük elmi potensial mövcuddur. Bu potensialı gücləndirmək məqsədi ilə iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.

Müzakirələr zamanı tərəflər bir-birilərinə hədiyyələr təqdim ediblər. Rusiya Dövlət Kitabxanasına ümummilli liderin 85 illiyi münasibətilə “İTAR-TASS” informasiya agentliyi və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Heydər Əliyev: Rusiyada könlümün hissəsi varfotoalbomu, XX əsr Azərbaycan rəssamlarının albomları və müxtəlif dillərdə çapdan çıxmış kitablar hədiyyə olunub. Onların sırasında Azərbaycan və rus dillərinə tərcümə edilmiş “Qurani-Kərim”, “Azərbaycanın memarlıq tarixi”, almanrus dillərində “İmadəddin Nəsimi” kitabı, lüğətlər, Vasili Veliçko, Elmira Muradəliyeva, Məhəmməd Əsəd bəy, Eldar İsmayılov, Roin Metreveli, İlya ÇavçavadzeQurban Səidin Qafqazın tarixinə dair nadir kitabları var.

AMEA İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova bildirib ki, Rusiya kitabxanasında Azərbaycan haqqında ədəbiyyatın zənginləşdirilməsi üçün bundan sonra da kitablar hədiyyə olunacaq. Prezident İlham Əliyevin 2004 və 2007-ci illərdə imzaladığı sərəncamlara əsasən, müasirklassik dünya ədəbiyyatı Azərbaycan dilinə tərcümə edilərək işıq üzü görür. Bağışlanan kitablar da bu layihələr çərçivəsində ən müasir standartlara cavab verən nəşriyyat məhsullarıdır.

Öz növbəsində Aleksandr Vislı Bişkek şəhərində keçirilməsi planlaşdırılan qurultayda RDK-nın təşəbbüsü ilə Avrasiya Elektron Kitabxanasının yaradılması layihəsindən danışıb. Bildirib ki, layihə assosiasiyanın üzvü olan kitabxanaların bütün elektron resurslarına pulsuz giriş imkanları yaradacaq. Bu da öz növbəsində hər bir kitabxana fondunun zənginləşməsinə səbəb olacaq.

Görüşdə qeyd edilib ki, AMEA-nın İnformasiya Resursları Mərkəzi, kitablar da daxil olmaqla, bütün informasiya mübadiləsini qabaqcıl texnologiyalara əsaslanaraq qurmağı planlaşdırır. Səkkiz gün davam etmiş səfər müddətində nümayəndə heyəti milli rəqəmsal yaddaş, kitabxanaların idarəetmə, oxucu, təşkilatçı, proqramçı və informasiya texnologiyaları mütəxəssisləri səviyyəsində işi ilə tanış olub, biblioqrafiya, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində mütəxəssislər ilə kompüter texnologiyaları, kataloqlaşdırmaya dair məsləhətləşmələr aparıb.

 

Mədəniyyət.- 2014.- 6 avqust.- S. 3.