Xalq teatrlarının festivalı muxtar respublikada sənət
mühitini zənginləşdirib
Xəbər verdiyimiz kimi, Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili
Dram Teatrında xalq
teatrlarının festivalı keçirilib.
Festivala avqustun 5-də Babək Rayon Xalq Teatrının təqdimatında böyük dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşası ilə yekun vurulub.
Səhnə əsərinin quruluşçu rejissoru Yusif Əliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Elnur Rəhimovdur. 2012-ci ildə hazırlanan tamaşa kollektivin maraqlı səhnə əsərlərindəndir.
Festivalın bağlanışında muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, bu cür festivalların keçirilməsi teatra həvəs göstərən, yaradıcılıq qabiliyyəti olan insanların istedadının aşkara çıxarılmasında və formalaşmasında böyük əhəmiyyət daşıyır. Qeyd edilib ki, festival xalq teatrları üçün öz qüvvəsini və yaradıcılıq potensialını daha geniş tamaşaçı kütləsi qarşısında göstərmək nöqteyi-nəzərindən faydalı oldu və muxtar respublikada sənət mühitini daha da zənginləşdirdi. Kollektivləri geniş ictimaiyyətə tanıtmaq baxımından da bu tədbirin əhəmiyyəti az deyil.
Sonda xalq
teatrlarına Naxçıvan Muxtar
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin diplomları təqdim edilib. Qeyd edək ki, festival Naxçıvan
Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2009-cu il fevralın
7-də imzaladığı “Naxçıvan Muxtar
Respublikasında xalq
yaradıcılığı günlərinin keçirilməsi
haqqında” sərəncamına uyğun olaraq reallaşıb.
Mədəniyyət.- 2014.- 6
avqust.- S. 6.