Media və mədəniyyət cəmiyyətdəki dəyişikliklər şəraitində

 

Avqustun 6-da “Hyatt Recensy” hotelində “Kütləvi informasiya vasitələri və mədəniyyət cəmiyyətdəki dəyişikliklər şəraitində” mövzusunda beynəlxalq simpozium işə başlayıb. “STMEGİ” Beynəlxalq Fondunun təşkil etdiyi tədbir Azərbaycan Yazıçılar Birliyinin 80, jurnalist Raşbil Zaxaryayevin 75 və Azərbaycan Jurnalistlər Birliyinin 55 illiyinə həsr olunub.

 

“STMEGİ” Beynəlxalq Fondunun prezidenti, fəlsəfə elmləri namizədi German Zaxaryayev təbrik nitqi ilə iştirakçılara müraciət edib.

Simpoziumu Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı, PEN-klubun sədri Çingiz Abdullayev açaraqMüasir kütləvi informasiya - alt-üst edilmiş reallıq” mövzusunda çıxış edib. İctimai rəyin formalaşmasında, buya digər siyasi vəziyyətin işıqlandırılmasında mətbuatın vacib rolu vurğulanıb.

Sonra məruzələr dinlənilib. “İskusstvo kino” (“Kino sənəti”) jurnalının baş redaktoru, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının Mədəniyyət Komissiyasının sədri Daniil DondureyTeleviziya müasir mədəniyyəti formalaşdırmaq vasitəsi kimimövzusunda məruzə ilə çıxış edib.

Almaniyalı politoloq Leo Vakker, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov, İsrailin Ariel Universitetinin professoru Reuven Enox, Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov, silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Fuad Axundov (Kanada), JCRC kanalının (ABŞ) rusdilli proqramlarının rəhbəri Mixail Nemirovski və başqaları mövzuya dair məruzələrlə çıxış ediblər.

Avqustun 7-də beynəlxalq simpoziumun iştirakçıları Quba rayonundakı Qırmızı Qəsəbədə ədəbiyyat və jurnalistika sahəsində şöhrət qazanmış dağ yəhudilərinin həyat və fəaliyyətini əks etdirən “Onların adları tarixdə qalacaq. Dağ yəhudiləri-ədəbiyyatın və jurnalistikanın tanınmış nümayəndələri” adlı fotosərgi açılışında iştirak ediblər.

Mərasimdə 75 illik yubileyi qeyd edilən mərhum jurnalist Raşbil Zaxaryayevin qısa ömür yolu və fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan gənc qələm sahibi 1966-cı ildən “Şəfəq” qəzeti redaksiyasında fəaliyyətə başlayıb. Ömrünün parlaq çağında - 39 yaşında dünyasını dəyişən Raşbil Zaxaryayev “Şəfəq” qəzetində özünəməxsus dəst-xətti ilə seçilən əməkdaşlardan biri olub.

2002-ci ildən QubadaBirlik-Yedinstvoqəzeti nəşr olunur. Qəzet dağ yəhudiləri icmasının həyat mənzərəsini özündə əks etdirməklə yanaşı, daim Azərbaycan-İsrail, Azərbaycan-Rusiya dövlətləri arasında dostluq münasibətlərinin inkişafından, sosial-iqtisadi, mədəni əlaqələrdən bəhs edən yazılar təqdim edir. Avqustun sonunda Raşbil Zaxaryayevin tükənməz arzularının yeni bir səhifəsi olanBirlik-Yedinstvoqəzetinin ilk nömrəsinin çapdan çıxmasının 12 illiyi qeyd olunacaq.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Xalq yazıçısı Çingiz Abdullayev, “STMEGİ” Beynəlxalq Fondunun vitse-prezidenti İsay Zaxaryayev, Qırmızı Qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev başqaları çıxış edərək ölkəmizin tolerantlıq ənənələrindən danışıb, simpoziumun fotosərginin xüsusi əhəmiyyətini vurğulayıblar.

 

Mədəniyyət.- 2014.- 8 avqust.- S. 4.