MDB məkanında
mədəniyyət və turizm əlaqələri
Birlik ölkələrinin 2015-2016-cı illərdə əməkdaşlıq üzrə tədbirlər planının layihəsi razılaşdırılıb
Avqustun 12-də MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin Nizamnamə və digər orqanların yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək. Daimi səlahiyyətli nümayəndələr MDB Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının bu ilin oktyabrında Minskdə keçiriləcək növbəti iclaslarının gündəliklərinin layihələrini hazırlayacaqlar.
Gündəliklərin layihələrinə qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinə dair məsələlər daxildir. Məsələn, humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər Planı layihəsini, habelə mədəniyyət və turizm sahəsində əməkdaşlığı müəyyənləşdirən ayrı-ayrı sənədləri yaxın iki ildə baxılması üçün Birliyin ali orqanlarına təqdim etmək nəzərdə tutulur. Birliyin iştirakçısı olan ölkələrin müxtəlif profilli bir sıra ali təhsil müəssisələrinə baza təşkilatları statusunun verilməsi də müzakirə olunacaq.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvlərinə MDB Hökumət Başçıları Şurasının noyabr ayında Aşqabadda nəzərdə tutulan gündəliyinin layihəsinə təkliflər təqdim olunacaq. Həmin təkliflər əlaqədar nazirlik və idarələr tərəfindən işlənilməsi üçün MDB ölkələrinə göndəriləcəkdir.
Qeyd edək ki, MDB İcraiyyə Komitəsində iştirakçı dövlətlərin humanitar əməkdaşlığı sahəsində 2015-2016-cı illər üçün Prioritet Tədbirlər Planının layihəsi Azərbaycanın təklifləri nəzərə alınmaqla tamamlanıb. Layihə üzərində iş avqustun 6-da başa çatıb. Ekspertlər layihənin dövlətlərarası razılaşdırılması gedişində Azərbaycan, Rusiya, MDB iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyası, DHƏF və “Mir” Dövlətlərarası Teleradio Şirkətindən daxil olmuş irad və təklifləri müzakirə edərək plan layihəsini razılaşdırıblar. 2015-2016-cı illər üçün Prioritet Tədbirlər Planının layihələri və ona dair qərarlar MDB Xarici İşlər Nazirləri Şurasının və MDB Hökumət Başçıları Şurasının növbəti iclaslarının müzakirəsinə təqdim ediləcək.
Layihədə on
bölmə üzrə tədbirlər, o
cümlədən mədəniyyət, elm,
informasiya və kütləvi kommunikasiyalar, kitab nəşri,
yayımı və poliqrafiya, turizm və s. sahələrdə
əməkdaşlıq məsələləri nəzərdə
tutulub.
Mədəniyyət.- 2014.- 8 avqust.
- S. 3.