Lənkəran Mərkəzi
Kitabxanasında dəyirmi masa
Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş “Şəffaflığın
artırılması və korrupsiyaya
qarşı mübarizə üzrə Milli
Strategiya”nın icrası ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyinin
müvafiq əmrlərinə əsasən,
avqustun 6-da Lənkəran Mərkəzi
Kitabxanasında dəyirmi masa təşkil
olunub. Kitabxananın direktor
müavini Nərmin Heydərova tədbir
iştirakçılarına bu sahədə
olan qanunvericilik
bazası və respublikamızda görülən işlər
haqqında məlumat verdi. Kitabxananın
şöbə müdiri Xədicə Məmmədova
mövzu ilə bağlı məruzə edib. Sonda tədbir
iştirakçıları öz fikirlərini
bildiriblər.
Mədəniyyət.- 2014.- 8
avqust.- S. 11.