“Azər-İlmə”
dünya muzeylərindəki
xalçalarımızı araşdırır
“Azər-İlmə”
şirkəti genişlənən beynəlxalq əlaqələri
çərçivəsində dünyanın bir sıra məşhur muzeylərində
saxlanılan Azərbaycan xalça
nümunələri haqqında məlumatlar əldə edib.
“Azər-İlmə”dən bildiriblər ki, xarici muzeylərə təşkil olunan ezamiyyələrdə xalçaların saxlanılma vəziyyəti, onların muzeyə daxil olma tarixi və hansı adlarla ekspozisiyalarda yerləşdirilməsi, texniki və bədii göstəriciləri haqqında məlumatlar toplanılıb, fotoşəkillər çəkilib. Viktoriya və Albert (London), Metropoliten (Nyu-York) və digər nüfuzlu muzeylərin ekspozisiyalarını bəzəyən Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Quba, Bakı, Qazax-Borçalı, Təbriz, Şirvan qruplarına aid Azərbaycan xalça və xalça məmulatları haqqında əldə edilmiş məlumatlar “Azərbaycan xalçaları” jurnalında əhatəli şəkildə işıqlandırılıb.
“Azər-İlmə”nin elmi
əlaqələr qurduğu Rusiya Dövlət Şərq Muzeyində də
nümayiş etdirilən Azərbaycan
xalçalarının sayı kifayət qədərdir.
Aparılan müştərək tədqiqatlar həmin xalça nümunələrinin hərtərəfli
araşdırılmasına, öz
adı, ünvanı, xalça qrupu, çeşnisi,
texnologiyası ilə tanınmasına yönəlib. Muzeydəki
Azərbaycan xalçalarının böyük
əksəriyyəti yanlış adlandırılıb, bəzi
hallarda isə digər xalqların maddi-mədəniyyət
nümunəsi kimi təqdim edilib. “Azər-İlmə” şirkətinin rəhbəri,
professor Vidadi Muradov rəhbərlik etdiyi
tədqiqat qrupuna həm Azərbaycan, həm
də Rusiyanın ayrı-ayrı elmi-tədqiqat mərkəzlərindən
tarixçilər, etnoqraflar,
xalçaçılar, sənətşünaslar cəlb edilib.
Mədəniyyət.- 2014.- 13
avqust.- S. 15.