Gecikmiş borc

 

yaŞurum-Burum”a elegiya

 

Onu bizim nəslin uşaq yaddaşına hopmuşŞurum-Burumkimi tanıyır sevirdik. Hələ sənət sənətkarlıq meyarları, yaradıcılıqdakı uğur uğursuzluqları, sənət şanssızlığı barədə anlayışlarımızın olmadığı vaxtlardan - dünyanı eləŞurum-Burum”un dediyi kimi gözəl əyləncəli bir məkan kimi tanıyandan başlamışdı bu məhəbbət.

 

Efir-ekrandan daim üzümüzə gülümsəyən dünyanı bu cür görmək istəyən, “böyüməyən uşaq”lardan olan aktyor Fərman Abdullayev - Fərman Şəkili ilə canlı ünsiyyətim milli teatr festivallarından birinə təsadüf etdi. Teatr Xadimləri İttifaqının Aktyor evinin zalında ssenari müəllifi, rejissoru oyunçusu olduğu, indi adını tam xatırlamadığım eksperiment bir tamaşa göstərirdi. Zaldakı seyrəklik onu yaman tutmuşdu deyəsən. Amma tövrnü dəyişmədən oyununda idi. Monotamaşada bir sıra sosial-ictimai ağrılı məqamları tənqidin sərt gülüş doğuracaq qədər faciəvi reallığı ilə göstərdi səhnədən endi. Həmkarlarının işinə baxmaq üçün sıradakı tamaşanı izləyənlər arasında oturdu.

Elə həmin anda ciddi, bir qədər əsəbi bütün bu halları fonunda orijinal aktyorla qısa ünsiyyətim başladı.İndi yazmaq istəyirsən?” deyə müsahibəyə hazır olduğunu işarə verdi. Mən isə qısa söhbətlə yekunlaşıb geniş müsahibəni başqa vaxta salmağı təklif etdim. Razılaşdıq. Lakin nədənsə, daha doğrusu, onun xəstəliyinin sürətlənməsi ucbatından bu müsahibə baş tutmadı. Aktyor dünyasını dəyişdi onunla müsahibə bir vicdan borcu kimi qaldı...

2013-cü ilin 5 martında o vəfat etdi. 11 ay ağır xəstə yatan aktyor sanki xəstəliyini hamıdan, xüsusən sevimli qəhrəmanına çevrildiyi uşaqlardan gizləmək istəyirdi. Onların əbədi səadət haqqında xəyallarına xələl gəlməsin deyə efir-ekrandan xəstəliyi barədə söhbətlərdə, hətta donuq təbəssümünün yer aldığı kadrlarda da görünmək istəmirdi. Elə etdi. 1954-cü ilin 4 noyabrında Şəkidə adi insanlar kimi doğulan Fərman Abdullayev 2013-cü ilin 5 mart səhərində adi insanlar kimi bu dünyadan köç etdi. Sənət və səhnənin bütün parıltıları, şöhrət və bəzək-düzəklərindən uzaq, sakit və səssiz. Arxasında isə sevərək oynadığı rolları, daim hiss etdiyi tamaşaçı sevgisiheyhatlarla dolu sükutu qaldı.

O, çox istedadlı aktyor, həmçinin ssenarist rejissor idi. Lakin özünü istedadının səviyyəsində tam realizə edə bilməyən bəxtsiz sənətkar idi. Müxtəlif anlamlarda əzab-əziyyət içərisində yaşadığı bu dünyadan 58 yaşında köçən aktyor əslində, sənətdə sözünü tam olaraq deyə bilmədi.

Şəkidə aktyorluğun ilk sirlərini öyrənmiş, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil almış Fərman Abdullayev 1975-ci ildən professional səhnədə idi. Uzun müddət Şəki Dövlət Teatrında çalışmışdı. Oynadığı çoxsaylı həm komik, həm dramatik rollarla tamaşaçıların teatr ictimaiyyətinin sevimlisinə çevrilmişdi. Şəki teatrının Avropa zəfərlərində truppanın aparıcı aktyorlarından biri kimi böyük əmək qoymuşdu.

Lakin bütün bunlarla kifayətlənməyərək böyük sənət amalları arzularının ardınca böyük şəhərə - Bakıya köçmüşdü. Paytaxtın bir sıra teatrlarında çalışmışdı, vaxtilə özünün müstəqil teatrını yaratmışdı, həm aktyor, həm rejissor kimi quruluş verdiyi tamaşalar festivallarda mükafatlara layiq görülmüşdü. Ekranda da maraqlı rollar ifa etmişdi.Fransız”, “Həm ziyarət, həm ticarət”, “İstanbul reysi”, “Sarı gəlin”, “Yalan”, “Otel otağı s. filmlərdə müxtəlif obrazlar yaratmışdı. Öz ssenarisi əsasındaMışovulbədii filmini çəkmişdi. Müxtəlif televiziya kanallarında işləmişdi. Təsadüfi deyil ki, lətifə klounada janrının Azərbaycan ekranına gəlməsini onun adı ilə bağlayırlar.

Bütün bunlardan əlavə, Fərman Şəkili həmişə öz sənətkar azadlığını qorumağa, istedad peşəkarlığı ilə ön plana çıxmağa çalışan, hədsiz zəhmətsevər aktyor idi. O, əsl sənətin arxasınca getməyə çalışır sənətin əbədiyyətini dərk edərək ona xidməti uca tuturdu. Ona görə şan-şöhrət, ad-san haqqında heç düşünmürdü . Deyəsən, bu dünyanın faniliyini hamıdan çox o dərk edirdi buna da inanırdı.

 

Həmidə

 

Mədəniyyət.- 2014.- 13 avqust.- S. 12.