Azərbaycanda hər
bir vətəndaşın dini etiqad
azadlığı var
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində dini icma nümayəndələri ilə görüş
Avqustun 12-də Xaçmaz
Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz
Qurbanlının dini icmaların nümayəndələri
ilə görüşü keçirilib.
Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimlərinin, ziyalıların və rayon ağsaqqallarının qatıldıqları tədbirdə çıxış edən Mübariz Qurbanlı müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib. Dövlət Komitəsinin sədri bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək hazırda Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirilib ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var.
Çıxışlarda müxtəlif dini konfessiyaların yaşadığı şimal bölgəsində icmalar
arasında tolerant münasibətlərin olduğu vurğulanıb. Görüşdə
bölgədəki dini durum,
dini icmalar, eləcə
də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verilib. Bildirilib ki, şimal regionunda 200-dən
çox məscid var.
Sonda komitə sədri
iştirakçıları maraqlandıran sualları
cavablandırıb.
Mədəniyyət.- 2014.- 13
avqust.- S. 4.