Yaponiyanın sabiq baş naziri Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinə üzv olub
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi baş katibliyinin nümayəndə heyəti qurumun beynəlxalq əlaqələrini gücləndirmək, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil ediləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla əlaqədar Yaponiyanın paytaxtı Tokioya səfər edib.
Səfər zamanı Yaponiyanın ictimai-siyasi xadimləri ilə keçirilmiş görüşlərdə qlobal problemlər, Azərbaycanla Yaponiya arasında mədəni və elmi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tokioda Yaponiyanın sabiq baş naziri Yukio Hatoyama, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura, Sasakava Sülh Fondunun baş məsləhətçisi Yoşiaki Sasaki və digər şəxslərlə görüşlər keçirilib.
Müzakirələrin sonunda
Yaponiyanın sabiq baş
naziri Yukio Hatoyama Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinə üzv olmaq barədə dəvəti qəbul edib. Yukio Hatoyama, eləcə də
ölkənin digər sabiq baş naziri Yasuo Fukuda, UNESCO-nun
sabiq baş direktoru Koişiro Matsuura və həmçinin Yaponiyanın bir sıra nüfuzlu ictimai-siyasi xadimləri 2015-ci ildə Bakıda
keçiriləcək III Müştərək Cəmiyyətlər
Forumuna dəvət olunub.
Mədəniyyət.- 2014.- 13
avqust.- S. 4.