Dünya teatrları - Gürcülərin
nağıl evi
Hələ çar Rusiyası dövründən
Qafqazın teatr mərkəzi sayılan Gürcüstanda hər ilin
14 yanvarı teatr günü
kimi qeyd olunur. 1850-ci ilin həmin günü gürcü
peşəkar teatrının yarandığı tarixdir. Bu sənətin hər
bir janrına maraq
göstərən gürcülərin teatr
anlayışında əsas məqam peşəkarlıq və
sevərək təqdimatdır.
Sənəti qiymətləndirən tələbkar gürcü tamaşaçıları teatrları daim yaradıcılıq axtarışlarına sövq edirlər. Bunun nəticəsidir ki, istər sovet, istərsə də müstəqillik dövründə Gürcüstanda dövlət teatrları ilə yanaşı özəl teatrlar, teatr-studiyalar, tanınmış teatr rejissor və aktyorlarının ustad mərkəzləri yaranıb.
Belə sənət məkanlarından biri də Gürcüstanın məşhur aktyoru Rezo Qabriadzenin yaratdığı marionet teatrıdır. Marionet teatr ənənələrini təbliğ edən və bir çox ölkələrdə səfərlərdə olan bu teatr yarandığı 1981-ci ildən Gürcüstanın bu janr üzrə siması sayılmaqdadır. Tarixi tikilidə yerləşən bu məkanı maraqlı edən cəhət eyni zamanda bir neçə funksiyanı yerinə yetirməsidir. Bütün günü milli yeməklər bişirilən “Qabriadze” restoranı, əyləncə mərkəzi və mehmanxana kimi fəaliyyət göstərən məkanda axşam saat 19-dan sonra həyat ritmləri yalnız teatr üçün vurur. Binanın qarşısında qurulan böyük saatın kilsə zəngini xatırladan gurultusu hər kəsi teatra səsləyir.
Teatrda əsasən irihəcmli, hətta klassik əsərlərin də kukla versiyası təqdim olunur. 1984-cü ildən dövlət statusu alan teatrın 100 və 80 nəfərlik zalları var. Belə məhdud məkana üstünlük verən teatrın yaradıcısı tamaşalarının rəssam işi və kostyumlarını da özü ərsəyə gətirir.
Qabriadzenin marionet teatrının proqramı da maraqlı tərtibatı ilə diqqət çəkir. 12+1 yaş həddində tamaşaçılara hesablanan tamaşalar hər gün 3 seansda (hər biri ayrı-ayrılıqda) təqdim olunur. Gürcü və rus dilində oynanan bütün tamaşaların subtitrlərlə ingiliscə tərcüməsi də səhnədə qurulan böyük led ekranda nümayiş olunur.
Teatr bilet satışında da maraqlı üsul tətbiq edir. Şəhərin müxtəlif məkanlarındakı
bilet satışı
yerlərində marionetlərinin
iştirakı ilə
tamaşalardan parçalar
göstərilir. Tamaşaçı ilə birbaşa ünsiyyət yaradan marionet ustaları teatra gəlmək imkanı olmayanları da bu formada
“mükafatlandırırlar”. Həftənin 4 günü nümayiş
olunan tamaşalar qalan günlər səyyar şəkildə
Gürcüstanın şəhər
və qəsəbələrində
göstərilir.
Nisbətən balaca tamaşaçılarını
80 nəfərlik zalda
qarşılayan kuklaçılar
onları sehrli aləmə daxil etmək üçün əllərindən gələni
ediblər. Teatra gələnlər əvvəlcə
binanın əsası
fiquru - saat qülləsi ilə tanış olurlar. Gündə iki dəfə
qızıl açarlı
mələyin müşayiətilə
teatrın marionet qəhrəmanları həmin
qüllə ətrafında
dövrə vuraraq tamaşaçıları teatra
çağırırlar.
Teatr yaradıcısının
eskizləri əsasında
hazırlanan kuklalar arasında məşhur simaları da görmək olur. Onların iştirakı
ilə mini-tamaşalar
hazırlayan R.Qabriadze
əslində bütün
həyatın ani bir tamaşa səhnəciyi olduğunu
düşünür və
bunu təbliğ etməyə çalışır.
Qabriadzenin marionet teatrı dünyanın ən müxtəlif səhnələrində
uğurla çıxış
edib. Teatrın tamaşaları
arasında müxtəlif
festivallarda göstərilən
«Alfred və Violetta»
(1982), «Briliyant marşal»
(1983), «Bizim baharın
payızı» (1986), «Trapezun
imperatorunun qızı»
(1989) «Stalinqrad» (1996) və
«Ramon» (2012) tamaşaları xüsusilə məşhurdur.
Teatr 1988
və 2002-ci illərdə
ABŞ-da teatr müsabiqəsinin qalibi, Fransa, Almaniya, İtaliya, Avstriyada festivalların iştirakçısı
olub.
Hazırladı:
Həmidə
Mədəniyyət.- 2014.- 15
avqust.- S. 11.