Amasyadan olan unudulmuş qəhrəman”

 

Sabiq hərbi hissə komandiri haqqında sənədli film çəkilib

 

Azərbaycanın sabiq hərbi birləşmə komandiri Məhərrəm Seyidova həsr olunmuşAmasyadan olan unudulmuş qəhrəman” adlı sənədli film çəkilib. Ekran əsəri 20 il sonra təsadüf nəticəsində üzə çıxan videokadrlar əsasında hazırlanıb.

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai BirliyiMüasir təbliğat” (filmlər) layihəsi çərçivəsində çəkilən filmin rejissoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidovdur.

M.Seyidovun şücaətli həyat yoludöyüş qəhrəmanlığına həsr olunmuş filmin əsas məqsədi erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş vətən övladının qəhrəmanlıqları kontekstində dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan ibarətdir.

Qeyd edək ki, Məhərrəm Məcnun oğlu Seyidov 1966-cı ildə Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəy kəndində anadan olub. 1973-1983-cü illərdə Əzizbəy kənd orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illər ərzində cüdo-sambo ilə məşğul olub və gənclər arasında Ermənistan çempionu adını qazanıb. 1984-1988-ci illərdə Ukraynanın Donetsk Ali Hərbi Məktəbində hərbi biliyin sirlərinə yiyələnib. 1987-ci ildə hərbçilər arasında keçirilən cüdo yarışında Ukrayna çempionu olub. 1988-1992-cü illərdə sovet ordusu sıralarında tağım və bölük komandiri, habelə qərargah rəisi kimi xidmət edib.

M.Seyidov kapitan rütbəsi ilə 1 may 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla həlak olubona ölümündən 32 gün sonra mayor rütbəsi verilib. Prezident Heydər Əliyevin 1994-cü il 16 sentyabr fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

 

Mədəniyyət.- 2014.- 20 avqust.- S. 4.