Tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması

 

Dünya xalqları içərisində ermənilərin xüsusi çəkisi az olmasına baxmayaraq, tarixdə erməni məsələsi çox dolaşdırılmışdır. Əslində, bu məsələ ermənilərin özü tərəfindən qəsdən edilmişdir.

 

Böyük rus alimi, jurnalisttarixçi V.L.Veliçko «Qafqaz. Rus işi və qəbilələrarası məsələlər» əsərində göstərmişdir ki, böyük şair A.S.Puşkin ermənilərə nifrətini belə ifadə etmişdir: «Sən qulsan, sən qorxaqsan, sən ermənisən».

V.L.Veliçko daha sonra həmin əsərində göstərir: «Qafqaz tatarları deyir: Erməninin yolunu işıqlandırmaq üçün on barmağını şam kimi yandırsan da, o (erməni - İ.A.) sənə sağ ol deməyəcəkdir». V.L.Veliçko həmin əsərində azərbaycanlıları belə xarakterizə edir: «Azərbaycanlıların qanı şübhəsiz xeyirxahdır; onlar təbiətən rəhimdil, kişiyana, genişqəlbli, əqli və əxlaqi inkişafa qadirdirlər».

Azərbaycan xalqının bir zərbi-məsəli var: «Ermənini qapında gör». Yəni bu o deməkdir ki, erməni nökər kimi sənə sədaqətlə qulluq edəcək, lakin vəziyyət dəyişən kimi onun sifəti də dəyişəcək, o, tamam başqa adam olacaqdır.

Əsl erməni xislətini ermənilərin özləri obyektiv göstərmişlər. Erməni tarixinin atası sayılan Movses Xarenasi yazmışdır: «Mən xalqımızın daşürəkliyini və yekəxanalığını göstərmək istəyirəm. Erməni həqiqəti inkar etməyi xoşlayır. Ermənilər böyük-böyük danışmağı xoşlayan, ikiüzlü millətdir».

Azərbaycanın ikiyə parçalanmasını qəti olaraq rəsmiləşdirən Türkmənçay müqaviləsi (10 fevral 1828-ci il) bağlanandan dərhal sonra Paskeviçin rəhbərliyi ilə Azərbyacana İrandan 40 min, Türkiyədən 90 min erməni köçürülmüşdü. Birlikdə götürüldükdə 1828-1896-cı illərdə İrandan və Türkiyədən köçürülənlərin sayı 2 milyon 200 mindən artıq olmuşdu. Onlardan 985 min 460 nəfəri Azərbaycanın qərb torpaqlarında, qalan hissəsi isə QarabağYelizavetpol (Gəncə - İ.A.) quberniyasında yerləşdirilmişdi. Ermənilər bu yerlərdə məskunlaşandan sonra azərbaycanlıları sıxışdırmağa başlamış, onların çapqınçılıq və qarətçilik əməlləri adi hal almışdı. Ermənilərin dinc Azərbaycan əhalisinə qarşı kütləvi qırğınları Azərbaycan türklərinin məhvinə yönəldilmişdi. Arxalarında da rus çarları, əsasən də I Pyotr dururdu.

Erməni şairi Yegişe Çarensin bu sözlərində ermənilərə məxsus xarakterik xüsusiyyətləri daha kəskin ifşa edilmişdir: «Biz ermənilərdə ikiüzlülük ana bətnində ikən yaranır. Ermənilər rus çarlarının təşəbbüsü və dəstəyi sayəsində Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı dövləti də «Qədim Ermənistan» adlandırmaqdan utanıb-qızarmırlar». Məşhur rus yazıçısı və diplomatı A.S.Qriboyedovun aşağıdakı sözləri ermənilərin xarakterini daha kəskin ifşa etmişdir: «Bu ermənilər nə murdar adamlardır. Onlar həmişə qulağıma pıçıldayaraq deyirlər ki, ruslar onların havadarlarıdır. Sözdə belə deyir, ancaq əslində, erməniləri təpik altına salmağa hazır olan farslara satılırlar».

Vaxtilə Azərbaycana səyahət etmiş böyük fransız yazıçısı Aleksandr Düma (ata) «Qafqaza səyahət» kitabında göstərmişdir: «Ermənilər həmişə erməni dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə onlar öz fikirlərini, hislərini və məramlarını gizlədən vücudlara, habelə dələduzlara və fırdaqçılara çevrilmişlər».

1911-ci ildə böyük rus alimi və tədqiqatçısı Nikolay Şavrov ermənilər barəsində yazmışdır: «Cənubi Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyil, ruslar tərəfindən buraya köçürülənlərdir».

Ermənilərin tarixən dövlətçiliyi olmamışdır. «Böyük Sovet Ensiklopediyası»nın 2-ci cildində göstərilir ki, erməni milləti «hay» sözündəndir, 1959-cu ildə əhalinin siyahıya alınmasına görə 88 %-i keçmiş Ermənistan SSR-də yaşamışlar. Həmin ensiklopediyada daha sonra göstərilir ki, ermənilər keçmiş SSRİ ərazisindən kənarda 60-dan çox ölkədə, o cümlədən 1967-ci ilin məlumatına əsasən ABŞ-da 450 min, İranda 200 min, Fransada 200 min, Livanda 180 min, Türkiyədə 150 min, Suriyada 150 min, Argentinada 60 min, İraqda 25 min, həmçinin, Braziliya, Kanada, Yunanıstan, Uruqvay, Avstraliya, Bolqarıstan, Rumıniya, Hindistanbaşqa ölkələrdə yaşayırlar. Ümumiyyətlə, xaricdə 1,8 milyon erməni yaşayır.

Hazırkı Ermənistan Respublikası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qədim Azərbaycan torpaqları hesabına yaradılmışdır. Belə ki, 28 may 1918-ci ildə Tiflisdə Qafqaz canişininin iqamətgahında Azərbaycan Milli İslam Şurasının qərarı ilə «İstiqlal Bəyannaməsi» qəbul edilərək, Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edildikdən sonra Azərbaycan Milli İslam Şurasının 26 üzvü 29 may 1918-ci ildə yenə Tiflisdə Qafqaz canişininin iqamətgahına toplaşaraq erməni dövlətinin yaradılması ilə əlaqədar Azərbaycan Milli İslam Şurasının nümayəndəliyi ilə Erməni Milli Şurası üzvlərinin Azərbaycan və Ermənistan ərazi sərhədləri barədə danışıqlarının nəticələri haqqında məsələ müzakirə etmişlər.

Həmin məsələ barəsində Azərbaycan Xalq Cümhuriyyəti müvəqqəti hökumətinin sədri, Milli İslam Şurasının üzvü Fətəli xan Xoyskinin məruzəsi dinləlilmişdir. F.Xoyski məruzəsini belə bir məlumatla qutarır ki, Ermənistan federasiyası üçün siyasi mərkəz lazımdır, belə bir mərkəz Aleksandropol şəhəri (Gümrü - İ.A.) Türkiyəyə keçdikdən sonra, yalnız İrəvan şəhəri ola bilər, ona görə də İrəvan şəhərinin Ermənilərə güzəşt edilməsi qaçılmazdır. Məsələ barəsində Milli Şura üzvü Xəlil bəy Xasməmmədov M.Y.Cəfərov, Şeyxülislamov (axırıncı «Hümmət» partiyası adından çıxış edir), M.Məhərrəmov (sosialist müsəlman bloku adından) çıxış edərək İrəvanın ermənilərə güzəştə gedilməsini tarixi zərurətdən irəli gəlməsini qəbul edirlər. Səsvermə zamanı Milli İslam Şurasının 26 üzvündən 16 nəfəri təklifin lehinə, 1 nəfəri əleyhinə səs verməklə, 3 nəfər isə bitərəf qalır.

Əgər Azərbaycan Milli İslam Şurasının İrəvanın ermənilərə güzəştə gedilməsinə dair səsvermədə qərar o zaman qanuni hesab edilərdi ki, iclasda iştirak edən üzvlərin ən azı 17 nəfəri qərarın lehinə səs versin. Halbuki həmin qərar qəbul edilərkən məsələnin lehinə səs çoxluğu olmamışdır. Protokolda isə iclasda cəmi 19 nəfər Şura üzvünün iştirak etməsi göstərilmişdir. Beləliklə, həmin məsələnin-İrəvanın ermənilərə güzəştə gedilməsi haqda qərar qəbul edilərkən yetərsay olmamışdır.

Həmin protokoldakı qeydlərin təhlili göstərir ki, Milli İslam Şurasının 26 üzvündən yalnız 19 üzvü iştirak etmiş, qərarın lehinə isə cəmi 16 nəfər səs vermişdir. Bu isə həmin iclasın yetərsay olmadan keçirilməsinə dəlalət edir. 1970-ci ildə nəşr edilmiş «Böyük Sovet Ensiklopediyası»nın 2-ci cildinin 217-ci səhifəsində İrəvan şəhərinin 1937-ci ildən Yerevan şəhəri adlandırılması göstərilmişdir.

Hazırda ermənilərin dünyanın 60-dan çox ölkəsində yaşamasını nəzərə alsaq, belə çıxır ki, həmin ölkələrin hamısında erməni dövləti yaradılmalıdır?!.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: «Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır... Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik».

Tədqiqatçı-jurnalist T.H.Maşayev (Talıblı) «Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti» kitabında 1410-cu ildən 1827-ci ilə qədər İrəvanda hakimiyyətdə olmuş hökmdarların siyahısını vermişdir. Həmin siyahıya baxdıqda aydın olur ki, İrəvan xanlığı hökmdarlarının hamısı azərbaycanlı olmuşlar. Bu isə bir daha göstərir ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi Azərbaycanın tarixi torpaqlarıdır.

Beləliklə, uzunmüddətli və məqsədli fəaliyyətlər, habelə 1918-ci ildə yaranmış əlverişli tarixi şəraitin məntiqi nəticəsi tarixin özü qədər qədim Azərbaycanın ayrılmaz parçası olan bir diyarda - keçmiş İrəvan xanlığı ərazisində Ermənistan dövləti yaradılmışdır.

 

İlham Abbasov,

Ədliyyə Akademiyasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri

 

Mədəniyyət.- 2014.- 22 avqust.- S. 13.