Bizcə, sizcə, onlarca...

 

Deməli, hamılıqca: “sözü sözlər, səsi səslər içində seçilən Fikrət Qoca...”

 

Fikir-zikrətən dərin, bədii çəki-vəzncə uca Fikrət Qoca. Tanrının “səs tribunluğundan aldığını söz “urra”larına, məna qıyyalarına əta etdiyi “əsatir” bəndə. Cavanlığından bəri “təqib” edildiyi təxəllüs ismi, sadədən-sadə bəni-insan cismi, ayrıca bir dünya qapsamlı qafası çevrəsində baş verənlərə üzdə sakit-samitcə, içdə isə barıt-dinamitcə baxan vətandaş...

 

Elə cavanlığından “Sən dönsən də, mən dönmərəm, Günəş sönər, mən sönmərəm” deyib, “Döydü yağış məni, döydü qar məni, Minsəm qarışqanı - aparar məni” demiş klassiklər sırasına qoşulmuş poetik aşiq. Güzgünü neyləyirsən, ay gözəl, Üzümdə gör özünü, ay gözəl” kimi kəlam-portretlər yaradıb, “Və gər güzgudən umdum sidq, - əks-müddəa gördümkimi hikmətlər sarayı yaratmış ustadlar Ustadımıza şəyirdlik şərəfində buluna-buluna özünə ayrıca poeziya odası yapmış şair...

O, elə gəncliyindən bu dünyaya qoca-qoca baxıb, xoca-xoca davranıb. Yaradıcı “yavrularçün yeganə “donorolan qonorarı şahı-şahı qazanıb, xanı-xanı dolanıb. Başını aşağı - təvazölüyə, könül baxışını göylərə - vahid Ucaya tuta-tuta namuslu bir ömür butalayıb. Adı - özgür düşüncələrinə görə - rəsmi kağızlara az düşsə də, sözü xəlqi dil-ağızdan düşməyib. Həyat-söhbət ləngərində ağır-batman azmanlara arba, tuti poeziyanı basmaqəlib tutuquşuluğa döndərənlərin səngərində bomba, fizikən “təpə”cə, lirikən dağca Fikrət Qoca olub...

...Bu “gəlimli-gedimli, son ucu ölümlü dünyada aylar-illər, sellər-sular kimi - insanların da əvvəli-axırı, mənbə-mənsəbi olur. Görək, ömrü daha da uzun olmuş bu şairin mənbəyində -

 

var(mış), nə yox(muş)...

 

Bu Vətən təbiətli şairin doğulduğu rayonun tər-təbiəti oçerkistlərin, sentimental publisistlərin “təbiət şairliyin ilkin rəhnidir” kimi “tarixi-müqəddəm” qənimətlərini məşhur və məlum “şair sözü, əlbəttə, yalandır” deyiminə çəkir.

Bu şairin şəcərə, doğum-toponim kompleksinin təbii koloriti isə başqa məsələ! Onunla bağlı adlardan doğal bir ab-hava, folklor ilğımı dalğalanır: babası Qoca, atası Göyüş, özü Fikrət, bölgəsi Şirvan, rayonu Ağdaş, kəndi Kotanarx. Anadan olanda isə (1935) repressiyaqardaş”ının Stalin atadandoğulmasınaiki il qalırmış. Onların da ev-eşiyinə (bütün SSRİ evlərinə, həyətlərinə, könüllərinə, qırım-durumlarına olduğu kimi) oyuncaqlar əvəzinə, löyün-löyün oyunlar ayaq açırmış. Anasının laylalarından bir əməlli doymamış, atasının qoyun-quzusunu haylayırmış. Nənəsi ona noğul əvəzinə nağıl yedirirmiş. Məktəbdə ona sırınan siyasibabahaqda dil-dil ötdüyünə görə evdəki babasının ağız büzməsindən gah küsüb-inciyər, gah da süsəncə-sünbülcə gülümsünərmiş. Könlündən, hələ qələmə gəlməyənbu atəşlər vaxtacan “toy” çalacaq, bir gün səni oynatmağa bığ-saqqal mane olacaq, oyuncaq!” kimi misralar keçirmiş. ÜrəyindəGüllələr demədi qayıdın geri, hələ uşaqsınız - yaşınız var?!” ladında düşünən hələnaməlumyaşıdları ilə rastlaşıb dostlaşmaq arzusu alovlanarmış.

Hamıdan seçilmək istəsə , hələ yalnız qonşu uşaqlardan fərqlənən Fikrət doğulduğu evdə, bir az quru, çox yeri yalın kənd-kəsəkdə, təbsiz təbiət qoynunda ayrıca bir canlı təbiət, cəmiyyət hadisəsi kimi göyərib-gəlişirmiş. O çağlaracan yığıb-yığışdırdığı qəlb yükünü boşaltmağa - yəni, yazıb-yaratmağa isə çox az qalırmış. Canında-qanındaolan”lıqdan çoxolabilən”lik olan ədəbiyyat elementlərinə susayan qələmi o günə qədər başqalarının qələminə boy verməmiş bədii olayları üzə çıxarmağa can atırmış. Dördəm həvəsli bu köhlən qələmin çapışı üçünsə bölgə meydanı dar, suvarışı üçünsə irili-xırdalı arxlar yetərli deyilmiş. Ağdaşdan daşlanmaq, Kotanarxdan üzüyuxarı axarlanmaq gərəkmiş. Təsəvvüründəki dəryada onu seçkin bir şairlik baxtı, poeziyamızın ayrıca pay taxtı gözləyirmiş.

beləliklə, yuxarıdakı mənbədən -

 

Mənsəbə...

 

Bakı onun gəlişinə bənd imiş. Bu “yek şəhərmilyonlardan biri olan bu ismi əlbəəl beş-onlara məxsus bir imzaya çevirir. İyirmi bir yaşı tamam olmamış şeirləri dillərə düşür. Professional tənqidçilərdən bir qədər sonra sadə oxucular, həttatəzə nırxəleyhdarı olan qatı konservatorlar da hiss edirlər ki, Fikrət Qoca imzasıköhnə yazar-bazara təzə dux” gətirməkdədir. Oxuyub-eşidirlər ki, bu təzə şair, məsələn, “Aşıq eldən yuxarıkimi kəlmələrdən sonra qafiyə ( siyasiyyə) xatirinədizi beldən yuxarıyox, tutalım, “sözü güldən yuxarıdeyir. Görürlər ki, o, nəinki fikir-zikri, hətta hər sözü belə filoloji rentgendən keçirib, “epiqriz”anə epitetləşdirir. Fəhm-zəhmlənirlər ki, başdan-başa novator Rəsul Rza təptəzə nəfəsli bu yeni şairə havayıdanUğurlu yolyazmayıb. Hansı ki həminuğur”u yazan - “Aydındır şeirin dili; istəyirsən sevincdən, istəyirsən qəmdən yaz. O qədər aydındır ki bu dil, - nadan yüz il oxusa, yenə bir şey anlamaz!” kimi şedevrlər müəllifi idi. Heç - haqqında yazılan bu capcavan Qoca özü boyuna görədeyilmiş - hələ o vaxtlarİçində mətləb olmayanda Adam özü görünmürkimi fəlsəfələr deyirmiş...

Nəhayət, o müasir oxucular, alagöz-qaragöz qarelər görürlər ki, bu yepyeni şair köhnə, ya təzə mövzulara yanaşma məsələsində nimdaşlıqdan, şablon metaforaçılıqdan marafon qaçışı ilə qaçır:

 

Elə bil, heç kəsin

Öz sözü-söhbəti yoxdu,

Sifəti yoxdu.

Şəffaf şüşə qab kimidi -

Arxası-üzü bilinmir.

Bu adamlara olub belə,

Çoxunun rəngi qaçıb.

Hansı heyrətdən

Ağızlar açıq qalıb?..

 

Məşhur, gurultuluqurultaydan-qurultayadövrlərində, “Anjela Devisə azadlıq!” etaplarında Fikrətin sovet ladına düşdüyü, yadgetmə-ladtutma misraları az olmayıb. Amma o heç vaxt adi yazmayıb, babalı öz boynuna düşəsi mövzulara, fikir-zikrə əl verməyən kəlmələrə qol qoymayıb. Onun misraları daim yoxuşa, dağ-qaya yüksəkliyinə dırmandığından, hamısı poetik tər qoxuyur. O, heç vaxt oxucunun bir oturuma qəbul edə biləcəyi fikiristehsal”ı ilə məşğul olmayıb; onların sabah-birisigününə, hətta “lap yekələndə”liklərinə belə sətiraltı, mənaüstüehtiyat”lar görüb.

Fikrətin fikirləri qədərmürəkkəbolsa da, mayası sadəlikdən, rahətlukumomac-umac”lıqdan yoğrulan nəğmələrə, mahnılara tamamilə əlverəndir. Hələ bunu demirəm ki, onun bəzi sözləri bir mahnıda az qala yüzbirmahnaverir. Bəzi mübaliğələrindən baş gicəllənsə , könüllər dalğa-dalğa cücərlənir, saytal-saytal hisslər uşaq-uşaq dəcəllənir. Təxəllüsü ilə özünü çox tez qocaltmış şair o mahnıların biri ilə - “Dostum evlənir”lə əlli ildən çoxdur gənclərə elçilik edir. Bu mahnı hər dəfə efir-ekranda səsləndikcə, ata-analar qayğılanır. Özlərini müqəyyəd hədəf hesab edən qızlar uyğu-duyğulanır. Əsərin baş qəhrəmanı olan cavan-comrullar isə öz umu-yumulu gözlərilə xəyal tutur, Ruhəngiz xanım Qasımovanın şıdırğı taktları üstündə xitablanan: “Ay ana, ay ana, dostum evlənir, Qonşudan, qonşudan bir çiçək dərir!” ərz-ərizəsi altına imza atırlar...

... bütün bu lirik, poetik, romantik ovqatların canlı bulağı kimi qaynayan şair hərdən bizi oyanışa da səsləyir: “Dünyanın harasındasa, ağında-qarasındasa - Yata bilməyirsə bir körpə aclıqdan, Mən necə həzz alım toxluqdan?!” Hərdən bizi kütləvi dayanışa çağırır: “Yol verin, hamilə qadın gəlir...” Hərdən , yolunu caydıranlara Dədə kimi üz tutub, Qorqudanə aydırır:

 

Gəlin, bölünməyək doğmaya, yada, -

Hamı - bir ağacın yarpağıyıq biz.

Axı hər birimiz başdan-ayağa

Doğma Azərbaycan torpağıyıq biz.

 

, bu qədər, əziz həmişəcavan Qoca şair! “ sairartımlı çox söz yazmaq, çox fikir söyləmək marağım imkanım olsa da, hələlik bu qədər...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2014.- 2 avqust.- S. 11.