Qahirədə Azərbaycanla Misir arasında turizm əlaqələri müzakirə olunur

 

Avqustun 23-dən Qahirə şəhərində Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, Misirin Turizm Nazirliyinin dəvəti ilə bu ölkəyə gedən nümayəndə heyəti turizm şəhərlərində mövcud real vəziyyətlə, təhlükəsizliklə bağlı görülən işlər və turizm obyektləri ilə tanış olacaq, müxtəlif görüşlər keçirəcək.

Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, şöbənin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cəfər Qarayev və Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Elin Abasov daxildir. Səfər avqustun 29-dək davam edəcək.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 27 avqust.- S. 6.