Milli Kitabxanada İsrail
səfiri ilə görüş
Avqustun 26-da Milli Kitabxananın direktoru Kərim Tahirov İsrailin Azərbaycandakı
səlahiyyətli səfiri
Rafael Harpaz ilə görüşüb.
Görüşdə səfirliyin missiya rəhbərinin müavini
Ronen Krausz və mətbuat departamentinin direktoru, siyasi məsələlər üzrə
köməkçi Sevda
Əmirova da iştirak edib.
Görüşdə Azərbaycan-İsrail əlaqələrindən
söhbət açılıb. Səfir ölkəsinin
kitabxanaları, nəşriyyatları
haqqında məlumat verib, iki ölkənin
Milli Kitabxanası arasında əlaqələri
genişləndirməyin vacibliyini
qeyd edib.
Milli Kitabxananın
direktoru Kərim Tahirov bu görüşün
Azərbaycan və İsrail kitabxanaları arasında əlaqələrə
təkan verəcəyinə
ümidvar olduğunu bildirib. O, Bakıda keçirilən
ənənəvi beynəlxalq
kitab sərgi-yarmarkası
barədə qonaqlara məlumat verib, İsrail kitabxanaçılarını
2015-ci ildə keçiriləcək
növbəti sərgi-yarmarkaya
dəvət edib.
Qonaqlar kitabxana ilə tanış olub, xatirə kitabına ürək sözlərini qeyd ediblər.
Mədəniyyət.- 2014.- 27 avqust.- S. 3.