Qara Qarayevin əsərləri
Stokholmda səslənib
İsveçin paytaxtı Stokholmda keçirilən
“Baltik dənizi festivalı” çərçivəsində
görkəmli Azərbaycan bəstəkarı Qara
Qarayevin əsərləri səslənib.
Şəhərin Bervaldhalen salonunda təqdim edilən “Mədəni orkestr”in konsertini
Stokholmda akkreditə edilmiş
səfirliklərin nümayəndələri, İsveçin
ictimai xadimləri izləyiblər. Qeyd edək ki, Polşada yaradılmış “Mədəni orkestr” Avropa
İttifaqının “Şərq tərəfdaşlığı”
proqramının iştirakçıları olan
ölkələrdən gəlmiş gənc musiqiçilərdən
ibarətdir. Stokholma qədər orkestr Qdansk, Kassil, Afina və Edinburqda çıxış edib.
Mədəniyyət.- 2014.- 27
avqust.- S. 3.