“Sonuncu” filmi Rusiyada kinofestivalda nümayiş etdirilib
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Films” şirkətinin birgə istehsal etdiyi “Sonuncu” qısametrajlı bədii
filmi avqustun 22-dən
24-dək Rusiyanın Kalininqrad
şəhərində keçirilən
“Koroçe” (“Qısa”)
kinofestivalında iştirak
edib.
Qısametrajlı filmlərin nümayiş olunduğu festivalın proqramında Rusiya, Yunanıstan, Böyük Britaniya, İran, Hindistan, İspaniya,
ABŞ, Kanada, Moldova, İspaniya,
Niderland və s. ölkələrdən ekran
əsərləri yer
alıb.
Xatırladaq ki, “Sonuncu” bu
ilin mayında Fransanın Kann şəhərində keçirilən
beynəlxalq kinofestivalda
qısa filmlər üzrə müsabiqə
proqramına daxil edilmişdi.
Film II Dünya müharibəsi
veteranının həyatından
bəhs edir. Quruluşçu
rejissoru Sergey Pikalov, ssenari müəllifləri
Sergey Pikalov, Aleksandr Krasavin, operatoru Denis Madışev, rəssamı
Əziz Məmmədov,
prodüserləri Mariya
İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur.
Filmdə İdris Rüstəmov və
Corc Qafarov çəkiliblər.
Mədəniyyət.- 2014.- 27
avqust.- S. 3.