Floristika

 

Əməkdar artist Suğra Bağırzadənin yaradıcılıq sərgisi

 

Avqustun 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış florist, Əməkdar artist Suğra BağırzadəninFloristikamövzusunda fərdi-yaradıcılıq sərgisi açılıb. Sərgi Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı Floristikaİncəsənətə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq şairi Fikrət Qoca, Milli Məclisin deputatı Qənirə Paşayeva digər çıxış edənlər sərgidə maraqlı əsərlərin nümayiş edildiyini söyləyiblər. Bildirilib ki, Suğra Bağırzadə əsərlərində çiçəklərin dilini, fəlsəfəsini anlatmağa çalışır, solmuş çiçəklərə həyat verir.

Suğra Bağırzadənin yaratdığıFloristikaİncəsənətə Dəstək İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirən natiqlər diqqətə çatdırıblar ki, o, ölkəmizdə floristika sənəti üzrə məktəb yaradan ilk insandır, bu sahənin inkişafına yayılmasına töhfə verir.

Sonra tədbir iştirakçıları sərgiyə baxıblar. Üç gün davam edəcək sərgidə Suğra Bağırzadənin əsərləri ilə yanaşı, 12 tələbəsinin işləri nümayiş olunur.

 

Mədəniyyət.- 2014.- 29 avqust.- S. 2.