İnformasiya texnologiyaları gələcəyə
yol açır
İnformasiya cəmiyyəti müasirliyə aparan yoldur. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. XX əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya cəmiyyətinin formalaşması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Təsadüfi deyil ki, 1994-cü ildən 26 noyabr - Dünya İnformasiya Günü (World Information Day) qeyd
olunur. BMT-nin
İqtisadi və Sosial şuralarında məşvərətçi statusu
olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının
təşəbbüsü ilə qeyd edilən
bu günü informasiya-kommunikasiya texnologiyaları
sahəsində çalışanların
beynəlxalq peşə
bayramı da adlandırmaq olar.
Qeyd etmək
lazımdır ki, ingilisdilli dünya ölkələrinin əksəriyyətində
“informatika” fənnini
“kompüter elmi”
(“computer science”) fənni adlandırırlar. İnformasiya ümumilikdə götürüldükdə
mücərrəd məfhum
olaraq təsvir edilmiş məlumatdır.
Başqa sözlə,
məlumatın informasiya
olması üçün
o, tədqiq edilən obyekt və ya proses haqqında
təsəvvür yaratmalı,
ya da mövcud
təsəvvürləri genişləndirməlidir.
Əgər məlumat
obyekt və ya proses haqqında
yanlış təsəvvür
yaradırsa, ona yanlış “informasiya” və “dezinformasiya” deyilir. İnformasiya proses daxilində müəyyən mərhələdən
sonra yenidən məlumat ola
bilər. Verilən məlumatlar uzunmüddətli
müşahidələr, monitorinqlər
və cihazlar tərəfindən dəqiq
qeyd olunmuş informasiyadır.
İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün
həmin aləmin obyektidir. Məhz buna görə
də informasiya onu digər obyektlərdən fərqləndirən
xassələrə malikdir.
Müasir dövrümüzdə geniş əhali kütləsinin informasiya texnologiyaları ilə məşğul olması
gələcəyimizə yol
açır. Bu gün Azərbaycan Respublikasının da sosial-iqtisadi inkişafında,
dünya miqyasında tanınmasında informasiyanın
rolu böyükdür.
Turan Məmmədova,
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin
metodisti
Mədəniyyət.- 2014.- 3 dekabr.- S. 14.