Gədəbəydə «Bayatı» ədəbi-ictimai birliyi yaradılıb

 

Gədəbəy Aşıq Məktəbi nəzdində «Bayatı» saz-söz ədəbi-ictimai birliyi yaradılıb. Məktəbin direktoru Etibar Əliyevin qəzetimizə verdiyi məlumata görə, birliyin yaradılmasında məqsəd yerli yazar və aşıqların mütəmadi görüş və toplantılarını, yaradıcılıq müzakirələrini təşkil etmək, konsertlər, ədəbi-bədii gecələr keçirmək, saz-söz sənətinin inkişafına töhfə verməkdir.

«Bayatı»nın dekabrın 1-də keçirilən ilk toplantısında yerli yazarlar şeirlərini söyləyib, məktəbin müəllim və şagirdlərinin ifasında aşıq havaları səsləndirilib. Tədbirdə «Bayatı» saz-söz ədəbi-ictimai birliyinin fəaliyyətinin məhsuldar olması üçün aktual mövzularda müzakirələrin təşkilinin mühüm önəm daşıdığı qeyd edilib.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 3 dekabr.- S. 13.