Kənd mədəniyyət
evində “Qızıl alma”
Noyabrın 27-də Astara rayon Kakalos kənd mədəniyyət evində fəaliyyət göstərən Şəhriyar adına Xalq teatrının təqdimatında yazıçı-publisist Fatma Həsənqızının “Qızıl alma” nağıl pyesinin tamaşası keçirilib.
Həvəskar aktyorların məharətli oyunu maraqla
qarşılanıb. Tamaşanın sonunda
Kakalos kənd ərazi nümayəndəsi
C.Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
şairə S.Əliyeva, Astara Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Ş.Bayramov çıxış edərək
müəllifə xoş arzularını
çatdırıblar. Fatma Həsənqızı
tamaşaçılara minnətdarlığını bildirib, xalq
teatrının kollektivinə uğurlar
arzulayıb.
Mədəniyyət.- 2014.- 3
dekabr.- S. 12.