Bakıda
aşpazlıq akademiyası fəaliyyətə başladı
Noyabrın 28-də
«Baku Kitchen Academy»nin (BKA) fəaliyyətə
başlaması münasibətilə tədbir keçirildi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri
Aydın İsmiyev, Türkiyə
Aşçılar və Şeflər Federasiyasının
başqanı Yalçın Manaf,
TURSAB-ın başqanı Yavuz Keleş, Azərbaycan turizm
sektorunun tanınmış nümayəndələri
iştirak edirdilər.
«Baku Kitchen Academy» Türkiyənin «Özkaya Group» şirkətlər
qrupuna daxildir. Şirkətin
rəhbəri Osman Gezeker açılış
nitqində qeyd etdi ki, Azərbaycanda
belə məktəbin
açılmasına ehtiyac
var. Azərbaycanda xidmət
sektorunun inkişafı
bir türk iş adamı olaraq onun da
marağındadır.
TURSAB başqanı Yavuz Keleş turizm sektorunda mətbəxin öz yeri və
rolu olduğunu söylədi: «İnanıram
ki, akademiyanın məzunları peşəkar
aşpaz olaraq yetişəcəklər və
turizm sektorunun inkişafına öz töhfələrini verəcəklər».
«Millennium
Tourism and Congress» şirkətinin rəhbəri Ruslan Quliyev də ölkəmizdə dünya
standartlarına cavab verən xidmət sektorunun təşkilində
kadr hazırlığının
əhəmiyyətini vurğuladı:
“Turizmdə keyfiyyətli
xidmət naminə bütün tərəflər
bir arada olmalıdır. Bu üzdən mən Bakıda belə bir akademiyanın fəaliyyətə başlamasını
yüksək qiymətləndirirəm».
«Baku
Kitchen Academy»nin müdiri Fırat Dursun qəzetimizə açıqlamasında məktəbin
fəaliyyəti, kursların
təşkili və qəbul şərtləri
barədə danışdı:
«Baku Kitchen Academy»də peşəkar
kadrlar hazırlaması
üçün əlimdən
gələni edəcəyəm.
Aşpazlıq sənətini öyrənən,
sadəcə, bu işə həvəsi olan hər kəs
burada təhsil ala bilər. Aşpazlara mətbəx sirləri,
yeməyin hazırlanması
və servisi türkiyəli və azərbaycanlı mütəxəssislər
tərəfindən öyrədiləcək.
Dinləyicilərimiz dünya mətbəxi
ilə bərabər,
Azərbaycan milli mətbəx nümunələrini
də öyrənəcəklər.
35-ə yaxın dərs proqramımız
var. Yaşı 16-dan yuxarı
olan hər kəs bu kurslarda
iştirak etmək üçün bizə müraciət edə bilər. 16 yaşdan
aşağı olanlara
isə şirniyyatların
hazırlanmasını öyrədəcəyik.
Kurslarımız da dinləyicilərin
istəyinə uyğun
proqramlaşdırılıb. Aşpazlıq sənətini
sıfırdan öyrənməyə
başlayanlar üçün
8 aylıq, bu işi təkmilləşdirmək
istəyənlər üçün
3 aylıq, sadəcə,
bu peşəni özü üçün
hobbi seçib hər hansı bir yeməyin, şirniyyatın hazırlanması
qaydasını öyrənmək
istəyənlər üçün
isə 1 aylıq, 1 həftəlik, hətta birgünlük kurslarımız
var. Hazırda məktəbə
sənəd qəbulu
davam edir. İlk günlərdən
insanlarda bu sənəti öyrənməyə
çox böyük maraq hiss edirəm».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2014.- 3 dekabr.
S. 9.