Tarixi şəhərlərdə mədəni
irs
Noyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyində Avropa İttifaqının maliyyə dəstəyi və Avropa Şurası Demokratik İdarəçilik Direktorluğunun koordinatorluğu ilə həyata keçiriləcək "Tarixi şəhərlərdə icmalar tərəfindən idarə edilən şəhər strategiyası" (COMUS) adlı layihənin təqdimatı olub.
Layihə Azərbaycanın 2011-ci ildən qoşulduğu "Tarixi şəhərlərdə mədəni irsin bərpası" pilot layihəsinin davamıdır. Növbəti ildən icra ediləcək layihədə Zaqatala və Qax rayonlarının iştirakı nəzərdən keçirilir.
Təqdimat tədbirində Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Şurası Demokratik İdarəçilik Direktorluğunun, "Azərbərpa" Elmi Tədqiqat-Layihələndirmə İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Zaqatala və Qax rayonlarının təmsilçiləri iştirak ediblər.
"Tarixi şəhərlərdə
icmalar tərəfindən idarə edilən
şəhər strategiyası" layihəsi Avropa
İttifaqının Şərq Tərəfdaşlığı
proqramı çərçivəsində 30 ay
müddətində icra olunacaq.
Layihənin əsas nəticəsi şəhərin sosial-iqtisadi və mədəni
inkişafını dəstəkləyəcək "irs" təmayüllü şəhər
strategiyalarının hazırlanması və icrası üzrə
potensial donorların müəyyən
edilməsi olacaq.
Mədəniyyət.- 2014.- 3
dekabr.- S. 6.