Sənətdə
keçən ömür
Noyabrın 27-də Sumqayıt
Dövlət Musiqili Dram
Teatrında Əməkdar artist Növrəstə
Həşimovanın 60 illik yubileyi ilə əlaqədar benefis
tamaşa oynanılıb. Ömrünün
42 ilini sənətə həsr etmiş Növrəstə Həşimova
Sumqayıt teatrının səhnəsində 50-dən çox müxtəlif səpkili, koloritli obrazlar yaradıb.
Benefisdə türk
yazıçısı Əziz Nesinin “Öldür məni, canciyər”
tamaşası nümayiş etdirilib. Sonda teatrın direktoru İslam Həsənov,
tamaşanın quruluşçu rejissoru, Əməkdar artisti
Firudin Məhərrəmov və
istedadlı aktrisanın sənət dostları yubilyara təbriklərini
çatdırıblar.
Mədəniyyət.- 2014.- 3
dekabr.- S. 5.