Samux rayonunda mədəniyyət
müəssisələrinin fəaliyyəti müzakirə olunub
Samux Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin vəziyyətinin öyrənilməsi, mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlərin təhlil edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və sektorun məsləhətçisi Elçin Hüseynov rayona ezam edilib.
Nazirliyin əməkdaşları mədəniyyət müəssisələrinə baxış keçirib, mövcud vəziyyətlə tanış olublar. Sonra müşavirə keçirilib.
Müşavirədə müəssisələrin fəaliyyətində olan nöqsanların aradan qaldırılması yolları müzakirə edilib, mədəniyyət ocaqlarının fəaliyyətinin daha səmərəli qurulması barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Hüquq sektorunun müdiri
Namiq Qulamov "Mədəniyyət
haqqında” 21 dekabr 2012-ci il
tarixli qanunun, ölkə
Prezidentinin 14 fevral
2014-cü il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Mədəniyyət
Konsepsiyası"nın, mədəniyyət və turizm sahələrində qəbul edilmiş normativ
aktların icrası istiqamətində qarşıda duran vəzifələr barədə
müşavirə iştirakçılarına məlumat verib, sualları cavablandırıb.
Mədəniyyət.- 2014.- 3
dekabr.- S. 4.