Milli Kitabxana beynəlxalq
yarmarkaya dəvət edilib
İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin direktoru Sandro Teti M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında olub. Qonaq Turin şəhərində keçirilən
beynəlxalq kitab yarmarkasından bəhs edərək Milli Kitabxananın rəhbərliyini
bu tədbirə dəvət edib.
Milli Kitabxananın
direktoru Kərim Tahirov dəvəti yüksək qiymətləndirərək
tədbirdə ilk olaraq
xüsusi qonaq qismində iştirak etmək barədə düşünəcəklərini deyib. İtaliyalı qonaq rəhbərlik
etdiyi nəşriyyat tərəfindən Azərbaycana
aid italyan dilində 3 adda kitabı Milli Kitabxanaya hədiyyə edib və ölkəmizlə bağlı daha bir neçə kitabın çap olunacağını, Turindəki
beynəlxalq sərgidə
təqdimatının keçiriləcəyini
bildirib.
Qonağa Azərbaycan muğamları
(disk), Azərbaycan Milli
Kitabxanasına dair fotoalbom və film təqdim olunub.
Mədəniyyət.- 2014.- 3 dekabr.- S. 4.