Azərbaycan dünyanın aparıcı
biznes turizm jurnalında
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən
Azərbaycan Konqreslər
Bürosu ölkəmizin
dünya turizm bazarında inkişaf edən biznes turizm məkanı kimi tanıdılması yolunda addımlarını
davam etdirir. Avropanın səyahət
və turizm üzrə ixtisaslaşan nüfuzlu nəşrlərindən
olan ICJ MICE jurnalının
qış sayında Azərbaycan haqqında məqalə dərc olunub.
Almaniyada nəşr olunan jurnal oxucularına ölkəmizin turizm potensialı və investisiya imkanları barədə məlumat verir və Azərbaycanı
beynəlxalq tədbirlərin
keçirilməsi üçün
səmərəli və
dinamik inkişaf edən məkan kimi təqdim edib.
Məqalədə həmçinin Bakıdakı
müxtəlif görüş
və iclasların keçirilməsi üçün
əlverişli təsisləri
olan brend mehmanxanalardan da bəhs edilir, şəhərin heyranedici
mənzərələrindən, möhtəşəm tikililərindən,
tarixi abidə və məkanlarından söz açılır.
İldə iki dəfə 17 min nüsxə ilə çap olunan jurnal aparıcı səyahət agentlikləri,
assosiasiyaları, təşviqat
şirkətləri və
turizm sahəsində fəaliyyət göstərən
bir çox digər şirkət və firmalar ilə əməkdaşlıq
edir. Alman dilində çap
olunan jurnal Almaniya, Avstriya və İsveçrədə
yayımlanır.
Mədəniyyət.- 2014.- 3 dekabr.- S. 3.