Mehmanxanaların Avropa Oyunlarına hazırlıq səviyyəsi qənaətbəxşdir

 

Bakı mehmanxanalarının I Avropa Oyunlarına hazırlıq səviyyəsi qənaətbəxşdir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, artıq paytaxtdakı bütün hotellərdə müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər başa çatdırılıb: «Problemlər yerindəcə həll olunur. Amma bəzi problemlər real olaraq var».

Nazir qeyd edib ki, bu gün Bakıda kifayət qədər beşulduzlu hotel fəaliyyət göstərir. Artıq sahibkarlar tərəfindən regionlarda iki, üçdörd ulduzlu hotellərin tikilməsinə maraq var. Azərbaycanda bir neçə turizm zonasının elan edilməsinin nəzərdə tutulduğunu deyən Əbülfəs Qarayev müvafiq torpaqların sərhədləri müəyyən olunandan sonra nazirlik Nabran, Xızı, Lənkəran zonası və başqa yerlərdə neçə ulduzlu hotellərin tikilməsini tövsiyə edə bilər.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 3 dekabr.- S. 3.