Bolqarıstanda Azərbaycan
kəlağayı sənətinin təqdimatı
Bolqarıstan paytaxtında Azərbaycan səfirliyinin və bu ölkənin Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun birgə təşkilatçılığı, Sofiya şəhər hakimiyyətinin dəstəyi ilə Azərbaycan kəlağayı sənətinin təqdimatı olub.
Mərasimdə Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında məlumat verilib.
Dövlət Mədəniyyət İnstitutunun direktoru Lyudmila Dimitrova bolqar ictimaiyyətinin Azərbaycan kəlağayı sənəti ilə daha yaxından tanış olması baxımından tədbiri yüksək dəyərləndirib.
Bakı Dövlət Universitetinin kafedra müdiri Rəna İbrahimbəyova bu tarixi hadisəni Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına böyük dəstəyinin parlaq nəticəsi kimi qiymətləndirib.
Sonda kəlağayı sənəti
barədə film nümayiş
etdirilib, tədbir
iştirakçılarına broşürlər
paylanılıb.
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 16.