Xəzər Universitetində Çin guşəsi açılıb

 

Noyabrın 28-də Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzində Çin guşəsi açılıb.

 

Açılışda Xəzər Universitetinin təsisçisi və rektoru professor Hamlet İsaxanlı, Çin Xalq Respublikasının Konfutsi İnstitutunun Azərbaycandakı nümayəndəsi xanım Xu Fenxua, müəllim və tələbələr iştirak edib.

Tədbiri Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Gülşən Mehdiyeva açaraq guşənin yaradılmasından danışıb. Onun sözlərinə görə, Çin Mədəniyyət Nazirliyi ilə aparılan danışıqların nəticəsi olaraq 2014-cü ildə Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzində Çin guşəsinin təşkili barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Çin tərəfi ölkənin mədəniyyətinə, ədəbiyyatına, coğrafiyasına dair 300-ə yaxın dərslik, poster və digər materialları kitabxana informasiya mərkəzinə hədiyyə edib: «Xəzər Universitetində Çin dili tədris olunurbununla bağlı ədəbiyyata böyük tələbat var. Guşənin məqsədi bu ölkənin dilini, ədəbiyyatını və mədəniyyətini təbliğ etmək və Çin dilini öyrənən tələbələrə dəstək olmaqdır. Burada Çinin milli bayramları və əlamətdar günləri barədə də məlumatlar yer alıb. Hər kəs bu guşədən istifadə edə biləcək”.

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı Çin dilinin və mədəniyyətinin əhəmiyyətindən danışıb və bu əlamətdar hadisə ilə əlaqədar kitabxana informasiya mərkəzini təbrik edib. Konfutsi İnstitutunun nümayəndəsi Xu Fenxua Xəzər Universiteti ilə əlaqələrin gələcəkdə daha da gücləndiriləcəyini deyib.

Mərasimdə Çin müəllimlərinin və Xəzər Universitetinin tələbələrinin iştirakı ilə “İstedad şousunümayiş etdirilib.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 15.