Etnoqrafiya xalqın mədəni mənzərəsidir

 

Xalqı öyrənən, təsvir edən, xalqa daha yaxın olan, onun adət-ənənələrinə, istək və arzularına bələd olan etnoqrafiya elmi bu gün daha çox azərbaycançılıq ideyalarına xidmət edərək inkişaf etməlidir. Çünki zaman, ölkəmizin yerləşdiyi coğrafi mövqe, multikultural məkanlardan biri olması bunu xüsusilə aktual edir.

 

Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Deməli, keçmişimizə, maddi-mədəni irsimizə həssas yanaşdığımız kimi milli-mənəvi dəyər meyarlarını da daim göz önündə saxlamalıyıq. Bəs bu elm sahəsinin hazırkı səviyyəsi barədə yeni nəsil tədqiqatçılar düşünür?

Müsahibimiz AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan etnoqrafiyası, şəhər mədəniyyəti xüsusən Təbrizlə bağlı maraqlı araşdırmaların müəllifi İlhamə Məmmədova fikirlərini bizimlə bölüşdü: “Etnoqrafiya bir elm kimi, xalqın məişəti ilə yanaşı, onun mədəniyyətini tədqiq edir. Bizim şöbə daha çox tarixi etnoqrafiya ilə məşğuldur. Burada qədim dövr, orta əsrlər, xüsusən XIX əsr etnoqrafiyası araşdırılır. Müxtəlif istiqamətlərdə -maddi mənəvi mədəniyyət, xalq təsərrüfatı kimi bir çox sahələrdə araşdırmalar aparırıq. Sovet dönəmində bu proses getsə , milli xüsusiyyətlərin qabardılması məqamında istənilən nəticə əldə olunmayıb. Ona görə son dövrlərdə əsas məqsədimiz təkcə Azərbaycan Respublikası ərazisində yox, bütünlükdə dünyada yaşayan azərbaycanlıların etnoqrafiyasını öyrənməkdir. Burada Cənubi Azərbaycan, Gürcüstan azərbaycanlıları, Dağıstan, Türkiyədə yaşayan soydaşlarımız, ümumilikdə diaspora - Avropada məskunlaşan azərbaycanlıların fonunda bütünlükdə Azərbaycanın etnoqrafik mənzərəsini yaratmaq məqsədilə maraqlı tədqiqatlar aparılmaqdadır. Mən Cənubi Azərbaycan, Təbrizin etnoqrafiyası ilə məşğulam. Bu yaxınlardaTəbriz şəhərinin maddi mədəniyyətiadlı kitabım çapa təqdim olunacaq. Bir çox sahələr, məsələn, Təbrizin məhəllələri, yaşayış evləri, yeməkləri, mətbəx mədəniyyəti, geyimləri, parkları, bağları, meydanları, şəhərin ziyarətgahları, məscid hamamları - yəni maddi mədəniyyəti tərənnüm edən bütün sahələr kitabda öz əksini tapıb”.

Mütəxəssis Azərbaycan etnoqrafiyasını şərtləndirən cəhətlərdən söz açdı. Bildirdi ki, Azərbaycan etnoqrafiyası deyəndə burada yaşayan etnosların etnoqrafiyası nəzərdə tutulur. Bu istiqamətdə araşdırmalar sovet dövründə aparılıb, lakin müstəqillik illərindən başlayaraq daha geniş çevrəni əhatə etməyə başlayıb: “Məsələn, şəhər mədəniyyətinin etnoqrafiyası demək olar ki, öyrənilməyib. Tarixi şəhərlərimiz isə, ümumiyyətlə, araşdırmalara cəlb olunmayıb. Biz mədəni baxımdan bu ərazilərin Azərbaycan türklərinə aidiyyətini isbatlayacağıq. Amma milli-mədəni faktlarda da bu ərazilərin oturaq mədəniyyəti olan xalqımıza mənsubluğu ortadadır. Götürək elə Təbriz mətbəxini. Ermənilər istəsə onu özününküləşdirə bilməz. Həmçinin digər yeməkləri. Lap mənimsədi, sözün etimologiyasını ilə izah edəcək? Baxın, bu kimi faktlar var etnomilli baxımdan məhz bu nüansları qabartmaqla biz əsl həqiqəti həm onlara, həm bütünlükdə dünyaya göstərə bilərik. Adlar linqvistik baxımdan araşdırıldıqda ilk andan yalan üzə çıxır”.

Həmsöhbətim bu sahədə araşdırmaların, təbliğat işinin zəifliyindən söz açdı: “Elmi aspektdə araşdırmalar kifayət qədər geniş vüsət alsa da, onun nəticələrinin təbliğatı ürəkaçan səviyyədə deyil. Xüsusən dünyanın əsas elmi jurnallarına çıxış problemimiz var. Biz öz həqiqətlərimizi o nəşrlərdə nümayiş etdirdikdə təbii ki, dünya elmi ictimaiyyəti onu oxusa mənfur qonşularımızın yalanları da elmi arenada ifşa olunmuş olar”.

Azərbaycan etnoqrafiyasının azərbaycançılıq istiqamətində yenidən araşdırılmasını vacib sayan mütəxəssis xüsusən Cənubi Azərbaycan, Təbriz etnoqrafiyasının araşdırılmalı olduğunu düşünür: “Bizim zəngin mənbələrimiz var təəssüf ki, onlar geniş araşdırılmayıb. Mən bu mənada Nadir Mirzə QacarınKarnaməəsərini xüsusi qeyd etmək istəyirəm. Bu əsərdə Dərbənddən başlamış İran körfəzinədək bütün xalqların mətbəx mədəniyyəti verilib. Daha çox da Təbriz Bərdə mətbəxindən geniş söz açılır. Çünki onun xanımı bərdəli idi o, Təbrizdə yaşamışdı. Bundan başqa, Şah Abbasın aşbazları Məhəmmədəli Bavərçi Nurullah aşbazınSəfəvilər dövrünün xörəkləriadlı böyük bir əsəri var, indi onun üzərində gedir tərcümə olunaraq çap olunacaq. Bax, həmin nümunələrdə bu gün mənfur qonşuların öz adlarına çıxmağa cəhd etdikləri əksər təamlar barədə geniş məlumatlar verilir”.

 

H.Nizamiqızı

 

Qeyd: “Mədəniyyət” qəzetinin 11 iyun 2014-cü il tarixli sayında (səh. 15) qəzetin əməkdaşı Savalan Fərəcovun “Təbrizin mərasim yeməkləri” məqaləsində İlhamə Məmmədovanın “Milli Azərbaycan Tarixi Muzeyi” jurnalının 2013-cü il sayında dərc olunan “Təbriz şəhərinin mərasim yeməkləri” adlı məqaləsindən istifadə olunmuşdur.

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 12.