“Nəbiyəm, bir dağam, başı qarlıyam”

 

Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyi münasibətilə “Nəbiyəm, bir dağam, başı qarlıyam” mövzusunda tədbir keçirilib.

Ziyalıların, kitabxana işçilərinin, müəllim və şagirdlərin, fəal oxucuların iştirak etdiyi tədbirdə şairin həyat və yaradıcılığından danışılıb, onunla bağlı xatirələr dinlənilib. Ədibə həsr olunmuş videoçarx nümayiş olunub.

Kitabxananın fəal oxucuları “Nəbiyəm, bir dağam, başı qarlıyam” mövzusunda ədəbi-bədii kompozisiya təqdim edib, Nəbi Xəzrinin şeirlərini əzbər söyləyib, sözlərinə yazılmış mahnıları ifa ediblər.

Sonda şairin oğlu Arzu Babayev atası haqqında xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 12.