Macarıstanda "Atilla günü" festivalı keçiriləcək

 

Macar Turan Fondunun sədri Andras Biro ölkəmizdə səfərdə olub

 

Macar Turan Fondunun sədri Andras Biro ölkəmizdə səfərdə olub. Dekabrın 2-də Mətbuat Şurasının rəhbərliyinin qonaqla görüşündə 2015-ci ildə Macar Turan Fondu tərəfindən düzənlənəcək "Atilla günü"nə hazırlıqlarla bağlı müzakirələr aparılıb. A.Biro bildirib ki, gələn ildən başlayaraq hər il avqust ayında Macarıstanda "Atilla günü" adlı festivalın təşkili nəzərdə tutulub. Məqsəd bütün türk xalqları ilə əlaqələrin daha da inkişaf etdirilməsi Avropada türk xalqlarının tarixlərinin, mədəniyyətlərinin daha yaxından tanıdılmasına nail olmaqdır. Qonağa Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin adından "Türk dünyasına üstün xidmətlərinə görə" mükafatı təqdim olunub.

Qeyd edək ki, Macar Turan Fondunun təşəbbüsü ilə bu ölkədə iki ildən bir keçirilən Hun-Türk qurultayları Avropada geniş rezonans doğurub. Bu ilin avqustunda V qurultay Macarıstanın Buğacı (Buqats) bölgəsində gerçəkləşib. Qurultayda 27 ölkədən, o cümlədən Azərbaycandan nümayəndə heyətləri iştirak ediblər.

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 12.