“Elektron
resursların işlənməsi” mövzusunda
təqdimat
Azərbaycan Turizm İnstitutunun (ATİ) Kitabxana İnformasiya Mərkəzində Kitabxana İnformasiya Konsorsiumunun respublika üzrə əlaqələndiricisi Cəmilə Yusifova «Elektron resursların işlənməsi» (Electronic Resources Usage) mövzusunda «EBSCO» məlumat xidmətləri və «EBSCO» məlumat bazasından istifadə qaydalarına dair təqdimat keçirib.
ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə institutun müəllim, magistr və doktorantları iştirak edib. Təqdimatın sonunda Cəmilə Yusifova iştirakçıların yeni yaranan bazadan istifadə qaydaları barədə suallarını cavablandırıb.
Fəxriyyə
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 11.