“Sənətkarlıq paytaxtı” Türkiyədə xalq yaradıcılığı sərgisində

 

Noyabrın 28-də Türkiyənin paytaxtı Ankarada XI beynəlxalq xalq yaradıcılığı və dekorativ-tətbiqi sənət sərgisi işə başlayıb. Sərgidə ölkəmizi 2014-cü ilin “Sənətkarlıq paytaxtı” olan Abşeron rayonu təmsil edir.

Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, "REM Fuar Orqanizasyon" şirkətinin təşkil etdiyi sərgi dekabrın 10-dək davam edəcək. Sərgidə Abşeron sənətkarlarının əl işləri də nümayiş olunur. Tədbirdə Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov, Qobu qəsəbəsinin sənətkarları Firəngiz Orucova, Rəfiqə Bəşirova və tətbiqi sənət ustası Azər Bayramov iştirak edirlər. Sərgi iştirakçılarının TÜRKSOY-un iqamətgahında təşkilatın baş katibi Düsen Kaseinovla görüşüolub.

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 7.