“Gündoğandan
günbatana mənzilim”
Noyabrın 28-də Şirvan şəhər Mərkəzi kitabxanasında tanınmış şair Məmməd Aslanın 75 illik yubileyi ilə əlaqədar “Gündoğandan günbatana mənzilim” adlı ədəbi-bədii gecə keçirilib. Kitabxananın baş biblioqrafı Kəmalə İsayeva şairin həyat və yaradıcılığından, şeirlərində bəhs etdiyi dərin məqamlardan söz açıb. Bildirib ki, Məmməd Aslanı düşündürən daha çox tərbiyə-əxlaq məsələləri, insanın insanlıqdan itirdikləridir. Məmməd Aslan həmişə bunu deməyə çalışıb ki, hər şey düzələcək, amma mənəvi itkilərin yeri boş qalıb bizi göynədəcək.
Kitabxananın əməkdaşı Mehriban Novruzova Məmməd
Aslanın poetik dilinin
sadəliyindən bəhs edib. 16 nömrəli
orta məktəbin şagirdlərinin təqdim
etdiyi ədəbi-bədii kompozisiya
tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 7.