Beynəlxalq
Əlillər Gününə həsr olunmuş
konsert
Dekabrın 2-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş konsert keçirilib. Heydər Əliyev Sarayı və “Pənah” əlillərin müdafiəsi cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konsertin məqsədi fiziki qüsurlu istedadları səhnəyə çıxarmaq idi.
Əməkdar artistlər Gülyanaq Məmmədova, Gülyaz
Məmmədova, Könül Xasıyeva,
müğənnilər Seyran Mirqəniyev,
Bəturə Hüseynova, Murad
Sadıq və aşıq Telli
Borçalı fiziki qüsurlu
istedadlara dəstək məqsədilə
onlarla eyni səhnəni
bölüşüblər. Müğənniləri səhnədə
“Nur” instrumental
ansamblı və fiziki qüsurlulardan
ibarət “Duyğu” ansamblı
müşayiət edib.
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 5.