Xətai Sənət Mərkəzində növbəti ustad dərsləri

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə akvarel sənətinə dair ustad dərsləri davam edir. Dekabrın 6-da Xətai Sənət Mərkəzində keçiriləcək növbəti dərsi tanınmış rəssam Fəxrəddin Qəhrəmanlı aparacaq. Rəssam təlim iştirakçılarına kağız üzərində quru fırça texnikası ilə portret çəkməyin sirlərini öyrədəcək.

Noyabrın 8-dən başlayan ustad dərslərinin keçirilməsində məqsəd akvarel janrına marağın artırılması, bu janrda işləmək istəyən insanların bacarıqlarının artırılmasıdır. Tanınmış rəssamları keçdiyi dərslər hər həftənin şənbə günü saat 16:00-da başlayır. Giriş sərbəstdir. Yaş məhdudiyyəti qoyulmur.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 5.