Polşada “Azərbaycan günü”
Dekabrın 3-də Polşanın Lodz şəhərində “Azərbaycan günü” adlı tədbir keçirilib. Lodz Universitetinin beynəlxalq və siyasi təlimlər fakültəsinin dekanı, professor Tomaş Domansk iştirakçılara Azərbaycan-Polşa əlaqələrindən danışıb. Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov “Azərbaycanın dünəni və bu günü” mövzusunda çıxış edib. Tədbirdə Azərbaycan haqqında tanıtım filmi nümayiş etdirilib.
Tədbir çərçivəsində “Azərbaycanda Polşa izləri” adlı sərgi açılıb. Açılışda səfir Həsən Həsənov Azərbaycanda bir çox sahələrin inkişafında vaxtilə polyakların mühüm rol oynadıqlarını qeyd edib. Bildirilib ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində polyak memarlarının Şərq və Qərb memarlığını əsas götürərək Bakıda layihələşdirib inşa etdikləri binalar hazırda şəhərimizin memarlıq inciləri siyahısındadır.
Azərbaycanda polyaklar tərəfindən
inşa edilmiş
binaların fotolarından ibarət sərgi
iştirakçıların marağına səbəb olub. Tədbirin sonunda Azərbaycan
mətbəxinin təamlarından ibarət ziyafət verilib.
Mədəniyyət.- 2014.- 5
dekabr.- S. 3.