Xatirələrdə yaşayan bəstəkar

 

Dekabrın 4-də Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun anadan olmasının 65 illiyinə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində İ.Hacıbəyovun həyat və yaradıcılığından söhbət açılıb.

Mərhum bəstəkarın ömür-gün yoldaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova xatirələrini bölüşüb. Sonda Bakı Musiqi Akademiyası tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 2.