Altı mehmanxana dərəcə sertifikatı alıb

 

Mədəniyyət və Turizm Nazirliyi mehmanxanamehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə bu müəssisələrin təsnifatını aparır. Nazirlik tərəfindən oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən altı mehmanxanaya dərəcə sertifikatları verilib: "Şafran Hotel" (4 ulduz), "Caspian Business Hotel" (4 ulduz), "Qafqaz Park" (4 ulduz), "Admiral" mehmanxanası (4 ulduz), "Egoist" mehmanxanası (4 ulduz), "Qız qalası" mehmanxanası (3 ulduz).

Respublika ərazisində təsnifatdan keçmiş mehmanxanamehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 3.