“Mənim üçün ən vacibi peşəm, ehtiraslarım və iki övladımdır”

 

Bu il 50 yaşını qeyd edən Jülyett Binoşun adı müasir fransız kinosunun məşhurları sayılan Katrin Denev, İzabel Yupperİzabel Adjani ilə bir sırada çəkilir. Binoş yaşca onlardan kiçikdir. Bununla belə, o, hazırda öz ölkəsində ən yüksək məvacib alan kinoaktrisadır. Aktrisa son illərdə daha çox ingilisAmerika rejissorlarının filmlərinə çəkilir. Onun qazandığı ən yüksək mükafat 2004-cü ildə 63-cü beynəlxalq Kann kinofestivalının “Qızıl palma budağı” olub. Bu mükafatı rejissor Abbas Kiarostaminin ekranlaşdırdığı “Təsdiq edilmiş surət” filmindəki rola görə alıb.

Jülyett Binoş 1964-cü il martın 9-da anadan olub. 16 yaşında teatr səhnəsinə çıxıb. 19 yaşında olarkən ilk dəfə məşhur kinorejissor J.QodarınAilə həyatı” (1984), sonra J.DuayonunAfərin, Mariya!” (1985) filminə çəkilib. 90-cı illərin əvvəlinədək o, geniş tamaşaçı kütləsinə az tanış idi. Leos KaraksınYüngül varlığın dözülməzliyifilmindən sonra məşhurlaşır kinomanların sevimlisinə çevrilir. Daha sonra o, aktyor Deni Lavan ilə birlikdə Karaksın iki - “Çirkin qan” (1986) “Pont-Neyfdən olan sevgililərfilmində çəkilir Feniksmükafatına layiq görülür.

Mütəxəssislərin fikrincə, Binoşu başqa aktrisalardan fərqləndirən əsas cəhət ekranda onun sanki ürəkaçan işıq saçması idi. Onun gözəlliyi tamaşaçıda pozitiv əhval-ruhiyyə yaradır. 90-cı illərdə bir-birinin ardınca çəkildiyi filmlər - “Vurulan zərər” (rej. Lui Malya), “Üç rəng: göy” (rej. Kşiştof Keslyevskiy) İngilis pasiyenti” (rej. Entoni Mingelli) Binoşa dünya şöhrəti qazandırır. Onun qəhrəmanları - cəsur, saf məhəbbətlə sevən xanımlar, sevgililəri naminə mübarizə aparmağa qadir personajlardır. İngilis pasiyenti”ndə Jülyett mərd qadın xarakterini parlaq şəkildə göstərə bilib. Tamaşaçıların münsiflər heyətinin rəğbətini qazanan aktrisa ikinci planda oynadığı rola görə, özünün gözləmədiyi halda “Oskar” mükafatına layiq görülüb.

Qeyd etmək lazımdır ki, uzun müddət Hollivudun təkliflərinə biganə qalan Jülyett artıq okeanın o tayında da filmlərdə çəkilməyə razılıq verir. O, Hollivud ulduzu Riçard Gir ilə birlikdəArı mövsümüfilmində rol alır, ardınca iki trillerdə çəkilir. Lakin bu filmlərdən Binoş özü razı qalmır. Fransaya qayıtdıqdan sonra ekran əsərlərində müxtəlif səpkili rollar yaradır. O, Patris LekontunSen-Pyer adasından olan dul qadınfilmində, habelə rejissor Mixael XanekeninNaməlum kodkinolentində çıxış edir.

Müxbirlərdən biri Jülyett Binoşdan zarafatla soruşur: “Yəqin “Oskar” alandan sonra özünüzü böyük ulduz hesab etdiniz?”. O isə cavabında deyir: “Heç vaxt belə fikirdə olmamışam. Gülməlidir, Fransaya qayıdan zaman məni kraliça, yaxud məşhur futbolçu kimi qarşıladılar. Mənim həyatım əvvəlki kimi davam edir.Oskar”ı almağım heç nəyi dəyişmədi: mənim üçün ən vacibi mənim peşəm, mənim ehtiraslarım iki övladımdır”.

 

Həsən Tağıyev

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 14.