Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi otağı
Pakistan Milli Kitab
Fondunda Nizami Gəncəvi otağının
açılışı olub. Tədbirdə Milli Kitab Fondunun icraçı direktoru İnam ul Haqq Caved Azərbaycanın
dahi şairi və mütəfəkkirinin
həyat və yaradıcılığından söhbət açıb.
Fond Nizami Gəncəvinin
əsərlərinin urdu dilinə tərcümə olunması
haqqında qərar qəbul edib.
Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif, Sülh və Demokratiya İnstitutunun direktoru Farhat Nur çıxışlarında
Nizami Gəncəvinin
humanist şair olduğunu
bildirib, onun əsərlərində ümumbəşəri,
ictimai-siyasi, sosial və mənəvi-əxlaqi
idealların bədii əksini tapdığını
vurğulayıblar.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov dahi şairin adını daşıyan
otağın yaradılması
ilə bağlı qərara görə
Pakistan hökumətinə və Milli Kitab
Fonduna minnətdarlığını
bildirib.
Pakistan Nazirlər Kabinetinin
əlaqələndirmə naziri
Babar Yaqub Fateh Məhəmməd şairin
yaradıcılığındakı humanizm ideyaları haqqında söhbət açıb. Qeyd edib ki, Nizami Gəncəvi otağının açılışı
mədəniyyət sahəsində
əməkdaşlığın inkişafına təkan verəcək.
Sonra Nizami Gəncəvi otağı
ilə tanışlıq
olub. Səfirliyin dəstəyi ilə
təmir edilən otaqda ingilis və Azərbaycan dillərində çap olunan kitablar yer alıb. Burada Füzuli, Xaqanı, Nəsimi, Şah İsmayıl Xətai, Sabir və başqa şairlərimizin portretləri,
həmçinin Azərbaycanın
mədəniyyətini əks
etdirən eksponatlar da var.
Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 13.