Qazax Dram Teatrı cəbhə bölgəsində qastrolda olub

 

Qazax Dövlət Dram Teatrı Ağdam rayonunda qastrol səfərində olub. Teatr ağdamlı tamaşaçılar qarşısında tanınmış yazıçı-dramaturq, millət vəkili Hüseynbala MirələmovunXəcaləttamaşası ilə çıxış edib. Əsər Qarabağdan qaçqın düşmüş, Bakıda xəstəxanaların birində bir otaqda məskunlaşmış ailənin həyatından bəhs edir. Tamaşaçılar onlara yaxşı tanış olan bu ağrılı-acılı günlərin səhnə əsərində əksindən dərin təəssürat alaraq kövrək duyğular yaşayıblar.

Tamaşaya teatrın baş rejissoru Musa Eyyubov quruluş verib. Əsas rolları teatrın aktyorları Hacı Hacıyev, Saqif İskəndərov, Xanım Məmmədova, Zəmanə Orucova, İlqar Hacəliyev Arif Almədədov ifa ediblər.

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 6.