Şərq Tərəfdaşlığı Proqramında mədəniyyət və təhsil

 

Dekabrın 3-də Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramının 4-cü platformasının növbəti görüşü keçirilib. Sayca 12-ci görüşdə iştirakçı dövlətlərin, Avropa Komissiyasının, Avropa Parlamentinin, Avropa Şurasının, UNESCO-nun təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər. Toplantıda ölkəmizi Xarici İşlər, Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri təmsil ediblər.

Görüşdə Şərq Tərəfdaşlığı Proqramının 4-cü platformasının tərəqqisi, nailiyyətləri, bu yaxınlarda gerçəkləşən tədbirlərin hesabatları və gələcək tədbirlərin formatı, "Gənclik pəncərəsi", "Erasmus+", "Yaradıcı Avropa", "Mədəniyyət proqramı" və bu kimi layihələrdə iştirak, "Mədəni sənayelər", "Film sənayeləri" kimi araşdırmaların yenilənməsi, "Ali təhsilin çevikliyi və beynəlmiləlləşdirilməsi" və bu kimi mövzular ətrafında müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 6.