Musiqi, incəsənət və rəssamlıq
məktəbləri rəhbərlərinin zona
müşavirəsi
Mədəniyyət və Turizm Nazirliyinin iş planına müvafiq olaraq uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris işinin təşkili ilə bağlı zona müşavirələri keçirilir. Bununla əlaqədar Gəncə şəhərində nazirliyin, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi əməkdaşlarının, Gəncə şəhər, Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarının, Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarlarının, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən digər normativ sənədlərin, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi, tədris planları, tədris proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumatlar və izahatlar verilib.
Bununla yanaşı, bədii təhsilin inkişafı, gənc nəslin estetik tərbiyəsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra
iştirakçılar şəhərin mərkəzində
2014-cü ildə istifadəyə verilmiş
Gəncə şəhər Uşaq
İncəsənət Məktəbinin və Uşaq
Yaradıcılıq Mərkəzinin tədris korpusunda
olub və burada tədris
prosesini izləyiblər.
Mədəniyyət.- 2014.- 10 dekabr.-
S. 5.