“Əsrin
müqaviləsi”: Azərbaycan neft
strategiyasının təməl daşı
Azərbaycan Turizm İnstitutunda (ATİ) tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin «Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı» monoqrafiyasının təqdimatı keçirilib. ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov kitabın müasir tariximizin öyrənilməsində əhəmiyyətini diqqətə çatdırıb.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov kitab haqqında ətraflı söz açıb. Qeyd edib ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin möhkəm iradəsi sayəsində imzalanan “Əsrin müqaviləsi» müstəqil Azərbaycan iqtisadiyyatının bünövrəsini təşkil edir. Monoqrafiyada həmin proseslər dərindən tədqiq edilib.
ATİ-nin ictimai fənlər kafedrasının müdiri İbrahim Əliyev, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Qasım Hacıyev, ATİ-nin tədqiqat və inkişaf şöbəsinin müdiri Xaləddin İbrahimli, elmi katibi Məhərrəm Zülfüqarlı çıxış edərək, bu istiqamətdə tədqiqatların davam etdirilməsinə ehtiyac olduğunu bildiriblər.
Fəxriyyə
Mədəniyyət.- 2014.- 10
dekabr.- S. 4.